Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşdü

Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşdü
14.11.2025 13:08

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevir şəhərinə səfəri çərçivəsində avarçəkmə bazası ilə tanış olub.

TodayPress TV xəbər verir ki, Leyla Əliyevaya Kür çayı üzərində salınmış “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin fəaliyyəti, burada yaradılan infrastruktur, idmançıların hazırlıq prosesi və qazanılan nailiyyətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi Avropada, eləcə də MDB məkanında bənzəri olmayan avarçəkmə bazalarından biridir.

Mərkəz avarçəkmə idman növü üzrə milli komandanın əsas hazırlıq bazalarından biri kimi fəaliyyət göstərir. Burada müxtəlif yaş qruplarına aid idmançıların peşəkar səviyyədə məşq etmələri üçün müasir standartlara cavab verən şərait yaradılıb, zəruri infrastruktur, idman avadanlıqları və təhlükəsizlik tələblərinə cavab verən sistemlər təmin olunub.

Görüş zamanI, həmçinin gənclərin sağlam həyat tərzinə cəlb olunması, avarçəkmə idman növünün daha geniş təşviqi və regionda idman infrastrukturunun gücləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Leyla Əliyeva avarçəkmə üzrə məşq prosesini izləyib və idmançılarla səmimi söhbət edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Все новости