Krediti olanlara ŞAD XƏBƏR: Mərkəzi Bank borc yükünü azaldacaq

Krediti olanlara ŞAD XƏBƏR: Mərkəzi Bank borc yükünü azaldacaq
07.08.2025 12:22 Cəmiyyət

Mərkəzi Bank istehlak kredit kartları üzrə borclanma ilə bağlı tənzimləyici çərçivəni dəyişib. Baş bankın yaydığı açıqlamada bildirilib ki, bu dəyişikliklər borclanmanın daha məsuliyyətli və sağlam aparılması, əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlılığının təmin edilməsi məqsədilə həyata keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.

Deputat yeni qaydalara niyə ehtiyac duyulduğunu izah edərək, bir sıra mühüm sualları da cavablandırıb:

“Müşahidələr göstərir ki, son dövrlər istehlak kreditləri üzrə yaranan gecikmələrin əsas səbəblərindən biri müştərinin ödəmə qabiliyyətinə uyğun olmayan kredit xəttlərinin açılması və gecikmələr zamanı izahı çətin olan yüksək cərimə faizlərinin hesablanmasıdır. Əgər ilin əvvəlində ölkədə vaxtı keçmiş kreditlərin məbləği 475 milyon manat idisə, ilin ortasında bu göstərici 527 milyon manata yüksəlib. Yəni bu ilin ilk yarısında problemli kreditlərin həcmi 10 faizdən çox artıb. Həmin dövrdə ümumi kredit portfeli 24 milyard 890 milyon manatdan 25 milyard 991 milyon manata yüksəlib. Bu isə o deməkdir ki, kredit portfeli cəmi 4,4 faiz artdığı halda, problemli kreditlərin həcmi ilə müqayisədə artım tempi iki dəfə yüksək olub. Bu dinamika bank sektoru üçün əlverişli hesab oluna bilməz. Digər tərəfdən, əhalinin borc yükünün sərəncamda qalan gəlirdəki payının da artması müşahidə edilirdi. Belə bir şəraitdə kredit xəttlərinin açılması üçün yeni meyarların müəyyənləşdirilməsinə ehtiyac yaranmışdı”.

Parlamentarinin sözlərinə görə, yeni qaydalara əsasən, borcalanın kredit kartı üzrə borclanması onun xalis, yəni vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Mərkəzi Bank hesab edir ki, bu tələblə banklar riskləri preventiv şəkildə idarə edə biləcəklər. Bununla yanaşı, dəyişikliklərə əsasən, nağd vəsaitlərlə, eləcə də bank və qiymətli metallarla təmin olunmuş kredit xətləri bu 5 misli normadan istisna edilir. Yeni tələblərə görə, bu limiti aşan istehlak kredit xətlərinin ümumi məbləği bankın tutulmalardan sonrakı I dərəcəli kapitalının 1 faizindən artıq olmamalıdır.

“Misal üçün, vətəndaşın xalis aylıq gəliri 1 000 manatdırsa, onun kredit xətti, yəni kart vasitəsilə borclanması 5 000 manatdan çox ola bilməz. Əgər vətəndaşın əlavə borc öhdəlikləri varsa, bu da nəzərə alınacaq. Lakin əgər borclanma nağd şəkildə və təminatlıdırsa, bu zaman yeni qaydalar tətbiq olunmur”, - deyə o diqqətə çatdırıb.

Millət vəkili digər yeniliklərdən xəbər verib:

“Overdraft limitləri də kredit xətləri anlayışına daxil edilir və istehlak kredit kartları üzrə kreditə konvertasiya əmsalı 40% müəyyən olunur. İstehlak kredit xətləri balansdankənar hesabda olduğu müddətdə onlara 100% risk dərəcəsi tətbiq ediləcək. Qeyd edək ki, overdraft xidməti kart sahibinə hesabındakı məbləğdən artıq vəsait xərcləməyə imkan verir. Bu, ehtiyac zamanı borcalanın istifadə etdiyi kredit növüdür. Lakin bəzi bankların overdraft xidmətindən istifadə edərək yüksək faizlər tətbiq etməsi, kart sahibləri üçün izafi maliyyə yükü yaradır. Bu səbəbdən bu sahədə də təkmilləşdirmələrin davam etdirilməsi zəruridir.

Nəticə etibarilə, Mərkəzi Bankın yeni qaydaları təqdirəlayiqdir və əhalinin izafi borclanmasının qarşısını almağa yardımçı ola bilər. Lakin bu sahədə tənzimləmələrin daha da dərinləşdirilməsi hələ də prioritet olaraq qalmaqdadır", - deyə o sonlandırıb.

Qiymət Mahir

FOTOLAR

Krediti olanlara ŞAD XƏBƏR: Mərkəzi Bank borc yükünü azaldacaq — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Bütün Xəbərlər