Korrupsiyaya qarşı Mübarizə İdarəsində əməliyyat müşavirəsi keçirildi

Korrupsiyaya qarşı Mübarizə İdarəsində əməliyyat müşavirəsi keçirildi
22.01.2026 15:09

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ötən il ərzində görülmüş işlərin vəziyyəti və müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

TodayPress TV xəbər verir ki, keçən ilin dövlət və Azərbaycan xalqı üçün bir sıra mühüm, eyni zamanda əlamətdar siyasi hadisələrlə yadda qalmasını xatırladan Baş prokuror 2025-ci il avqust ayının 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını xüsusi vurğulayıb.

K.Əliyev bu nailiyyətin ölkə və xalqın gələcək təhlükəsizliyinə hesablanmasını, bununla da uzun illər ikili siyasət zəminində müzakirə predmeti olmuş milli maraqlarımızın beynəlxalq səviyyədə rəsmiləşdirilməsini, eyni zamanda müqavilənin regional iqtisadi münasibətlərin inkişafına əhəmiyyətli təkan verəcəyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Məruzə ilə çıxış edən Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov bildirib ki, hesabat dövrü ərzində vətəndaşların 11 min 671 müraciətinə baxılıb.

Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsir tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilmiş, yol verilmiş qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 133 təqdimat göndərilib. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib.

Qeyd edilən müddət ərzində Baş İdarədə 315 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 267 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 48 material, o cümlədən 14-ü üzrə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul olunub və digər prokuror təsir tədbirləri tətbiq edilib.

Əməliyyat qurumları tərəfindən 114 cinayət işi başlanılıb, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb.

Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 174 şəxs barəsində 104 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.

Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 35 milyon 391 min 465 manat məbləğində maddi ziyandan 11 milyon 634 min 316 manatının ödənilməsi təmin olunub.

Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 27 milyon 439 min 745 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.

Hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror, vətəndaşların müraciətlərinə baxılması, xüsusilə "161-Qaynar xətt" əlaqə mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi, korrupsiyaya daha çox məruz qalan sahələrlə bağlı davamlı təhlillərin aparılması, digər hüquq mühafizə orqanları və Baş Prokurorluğun aidiyyəti struktur qurumları ilə birgə fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində müvafiq işlərin davam etdirilməsi və digər bu kimi məsələlər ətrafında təhlillər apararaq tapşırıq və tövsiyələrini verib.

TodayPress TV

ФОТО

Korrupsiyaya qarşı Mübarizə İdarəsində əməliyyat müşavirəsi keçirildi — 1
Korrupsiyaya qarşı Mübarizə İdarəsində əməliyyat müşavirəsi keçirildi — 2
ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Все новости