İslam Səfərli küçəsinin piyadalaşdırılmasına başlanılır

İslam Səfərli küçəsinin piyadalaşdırılmasına başlanılır
22.08.2025 13:13 Cəmiyyət

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması, həmçinin geniş abadlıq-quruculuq işləri davam etdirilir.

TodayPress TV xəbər verir ki, paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkının optimal şəkildə birləşdirilməsi imkanları təhlil olunub və layihə hazırlanıb.

Yaxın günlərdə şəhər sakinləri və qonaqların ən çox üz tutduğu məkanlardan biri olan İslam Səfərli küçəsi ilə bağlı mütəxəssislər tərəfindən dünya təcrübəsinə əsaslanan layihənin icrasına başlanılacaq. 

Xatırladaq ki, 19–20-ci əsrlərə aid tarixi tikililərin əhatəsində olan İslam Səfərli küçəsi hazırda avtomobil xaosunun mərkəzindədir. Bu küçənin heç bir tranzit əhəmiyyəti yoxdur. Sakinlər və şəhərimizə gələn turistlər avtomobil sıxlığı səbəbindən bu küçədə yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. İslam Səfərli küçəsində səkilərin dar, piyada axınının isə çox olması səbəbindən bu ərazi faktiki olaraq avtomobilsiz hərəkət iştirakçıları tərəfindən geniş istifadə olunur.

Bütün bunları nəzərə alaraq, piyadalar arasında populyar ərazilər olan Qış Parkı və Fəvvarələr Meydanını əlaqələndirmək məqsədilə İslam Səfərli küçəsinin tamamilə piyadalaşdırılması nəzərdə tutulur.

Layihə, həmçinin ərazidə mövcud olan ticarət fəaliyyətinin inkişafına şərait yaradacaq, sakinlərin və turistlərin tarixi abidələrə marağını, gəzinti zamanı insanların təhlükəsiziyini artıracaq. 

İslam Səfərli küçəsinin digər küçələrlə kəsişdiyi yerlərdə avtomobillər üçün xüsusi təhlükəsiz keçidlər yaradılacaq. Bəzi parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda, operativ və kommunal xidmət avtomobillərinin küçəyə daxil olması üçün şərait yaradılacaq.

FOTOLAR

İslam Səfərli küçəsinin piyadalaşdırılmasına başlanılır — 1
İslam Səfərli küçəsinin piyadalaşdırılmasına başlanılır — 2
İslam Səfərli küçəsinin piyadalaşdırılmasına başlanılır — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Bütün Xəbərlər