“İƏT Həftəsi” çərçivəsində keçirilən Qadınlar Forumu uğurla yekunlaşdı

“İƏT Həftəsi” çərçivəsində keçirilən Qadınlar Forumu uğurla yekunlaşdı
03.07.2025 17:29 Cəmiyyət

Laçın şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qadınlar Forumunun bağlanış mərasimi keçirilib. 

Bağlanış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycanın ev sahibliyi ilə keçirilən tədbirdə yüksək səviyyədə iştiraka və fəal müzakirələrə görə təşəkkürünü bildirib. 

Bu barədə TodayPress TV-yə Komitədən məlumat verilib.

Komitə sədri vurğulayıb ki, Qadınlar Forumu fərqli mövzularda baş tutan və sektorlararası əməkdaşlığı təşviq edən yeni, faydalı dialoq formatına çevrilməklə, qadınların regional və qlobal inkişaf proseslərində lider rolunun gücləndirilməsi naminə baxışımızın, ortaq iradəmizin formalaşmasına təkan verdi və regional həmrəyliyin parlaq təcəssümü oldu; “Biz-müxtəlif ölkələrdən gələn fikir liderləri, siyasətçilər, beynəlxalq qurumların nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri  bir araya gələrək, qadınların yaşıl gələcək naminə potensialını necə daha yaxşı səfərbər edə biləcəyimizi müzakirə etdik. Ortaq dəyərlər üzərində ortaq gələcək üçün birgə niyyətlərimizi müəyyənləşdirdik”.

Panel sessiyalarda səslənən fikirlərə və tövsiyələrə diqqət çəkən B.Muradova vurğulayıb ki, təhsil, sağlamlıq, yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya və şəhərsalma kimi sahələrdə qadınların liderliyinin təşviqi sosial və iqtisadi rifahın təminatı üçün əsas şərtdir. Qeyd olunub ki, Forumun ən dəyərli nəticələrindən biri də burada irəli sürülən təşəbbüslərin İƏT-in gələcək fəaliyyəti, xüsusilə də 2026–2035-ci illəri əhatə edəcək yeni İnkişaf Sənədində öz əksini tapacaq olmasıdır. Bu, regionumuz üçün qadınların daha güclü təmsilçiliyi və iştirakı ilə bağlı ortaq iradəmizin göstəricisi olacaqdır.

Qadınların gücləndirilməsinin həm milli inkişaf, həm də bugünkü qlobal çağırışlara cavab vermək baxımından vacib olduğunu bildirən sədr, Azərbaycanın bu prinsiplərə sadiq olduğunu və bu istiqamətlərdə səyləri davam etdirərək, irəli sürülən təşəbbüsləri konkret nəticələrə çevirməyə çalışacağıq: “Biz COP29 iqlimə davamlılıq naminə insan inkişafı üzrə Bakı Təşəbüsü və İqlimə dayanıqlı və sağlam şəhərlər üçün multisektoral fəaliyyət yolları üzrə COP29 Bəyannaməsi çərçivələrinə əsaslanaraq möhkəm, adaptiv və gələcəyə hazır cəmiyyətlərin qurulmasında qadınların rolunu daha da ön plana çıxarmağa davam edəcəyik”.

B.Muradova çıxışının sonunda Forumun uğurlu keçirilməsinə verdikləri dəstəyə görə beynəlxalq təşkilatlara və onların müvafiq qurumlarına, eləcə də İƏT üzv dövlətlərindən gələn nümayəndələrə təşəkkürünü bildirib. O, burada başlanan dialoqun davam edəcəyinə, həmçinin əməkdaşlığın yeni platformalarda və daha geniş regional təşəbbüslərlə zənginləşəcəyinə əminliyini ifadə edib. 

Daha sonra çıxış edən İƏT-in Baş katibi Əsəd Məcid Xan Forumun təşəbbüskarı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və yüksək səviyyədə təşkilatçılığa, xüsusilə səmimi qonaqpərvərliyə görə Azərbaycan hökumətinə  təşəkkürünü bildirib. 

İqtisadi Əməkdaşlıq Təşkilatının yaranma tarixinə nəzər salan Baş katib, İƏT çərçivəsində ilk dəfə keçirilən Qadınlar Forumunun təşkilat üçün mühüm mərhələ olduğunu vurğulayıb.

O, qarşıdakı 10 il üçün qəbul ediləcək İƏT-in fəaliyyət planına Forum iştirakçıları tərəfindən səsləndirilən fikirlərin və təqdim olunan tövsiyələrin həmin sənədin hazırlanmasında yer alacağını bildirib. İƏT rəsmisi qeyd edib ki, qadınların təşəbbüslərə cəlb olunması və onların baxışlarının nəzərə alınması təşkilat daxilində yeni yanaşmaların formalaşmasına da töhfə verəcək.

Baş katib bildirib ki, ötən il üzv dövlətimiz Azərbaycanın uğurlu ev sahibliyi ilə COP29 konfransı keçirildi. O qeyd edib ki, bu böyük təcrübə idi.

İƏT rəsmisi çıxışı zamanı dayanıqlı inkişaf məsələlərinə də toxunaraq, bu sahədə qadınların rolunun artırılmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, inklüziv yanaşma çərçivəsində qadınların inkişafı və cəmiyyətin bütün sahələrində fəal iştirakı mühüm əhəmiyyət daşıyır. 

Ə. Məcid Xan əlavə edib ki, qadınların xüsusilə yerli idarəetmə strukturlarında təmsil olunması, xidmətlərin və infrastrukturun planlaşdırılmasında iştirakı onların ehtiyac və maraqlarının nəzərə alınmasına imkan verir.

Forumun İƏT tarixində mühüm mərhələ olduğunu vurğulayan  Ə. Məcid Xan, Təşkilatın gələcək fəaliyyətində də ciddi dönüş nöqtəsi olacağını əlavə edib.  

Yekunda xatirə fotosu çəkdirilib.

FOTOLAR

“İƏT Həftəsi” çərçivəsində keçirilən Qadınlar Forumu uğurla yekunlaşdı — 1
“İƏT Həftəsi” çərçivəsində keçirilən Qadınlar Forumu uğurla yekunlaşdı — 2
“İƏT Həftəsi” çərçivəsində keçirilən Qadınlar Forumu uğurla yekunlaşdı — 3
“İƏT Həftəsi” çərçivəsində keçirilən Qadınlar Forumu uğurla yekunlaşdı — 4
“İƏT Həftəsi” çərçivəsində keçirilən Qadınlar Forumu uğurla yekunlaşdı — 5
“İƏT Həftəsi” çərçivəsində keçirilən Qadınlar Forumu uğurla yekunlaşdı — 6
“İƏT Həftəsi” çərçivəsində keçirilən Qadınlar Forumu uğurla yekunlaşdı — 7
XƏBƏR LENTİ
31 IYUL 2026
Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Bütün Xəbərlər