İctimai yerlərdə heyvan kəsimi: Uşaqlar təhlükə altında

İctimai yerlərdə heyvan kəsimi: Uşaqlar təhlükə altında
08.04.2026 16:22

İctimai yerlərdə mal-qara kəsib başlarını asırlar, və bu mənzərə həm böyüklərin, həm də uşaqların gözü önündə baş verir. Belə hallar uşaqlara necə təsir edir?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, uşaqların psixoloji inkişafı nəzərə alındıqda, bu cür görüntülər onların emosional dünyasına mənfi təsir göstərə bilər.


Onun sözlərinə görə, uşaqların psixikası hələ tam formalaşmadığı üçün onlar gördükləri hadisələri böyüklər kimi analiz edə bilmirlər:

"İctimai yerlərdə heyvan kəsimi, qan görüntüləri və heyvan başlarının asılması uşaqlarda qorxu, narahatlıq, təşviş, hətta yuxu pozuntuları yarada bilər. Bəzi hallarda isə uşaqlarda aqressiv davranışların artması və zorakılığa qarşı həssaslığın azalması müşahidə oluna bilər. Xüsusilə kiçik yaşlı uşaqlar bu görüntüləri travmatik hadisə kimi qəbul edə bilərlər. Bu isə onların emosional təhlükəsizlik hissini zəiflədə, uzun müddətli psixoloji gərginliyə səbəb ola bilər". 

Psixoloq vurğulayıb ki, azyaşlıların bu cür görüntülərlə tez-tez qarşılaşması empati hissinin azalmasına və zorakılığı normallaşdırmağa gətirib çıxara bilər:

"Valideynlər bu hallarda uşaqları mümkün qədər bu cür görüntülərdən uzaq tutmağa çalışmalıdırlar. Əgər uşaq artıq belə bir vəziyyətə şahid olubsa, valideyn onunla sakit və anlayışlı şəkildə danışmalı, qorxularını dinləməli və hisslərini ifadə etməsinə şərait yaratmalıdır. Uşağın qorxusunu kiçiltmək və ya “bu normaldır” kimi ifadələr işlətmək tövsiyə olunmur. Əksinə, uşağın hisslərini qəbul etmək və ona emosional dəstək göstərmək vacibdir".

Mütəxəssis əlavə edib ki, cəmiyyət olaraq da bu məsələyə həssas yanaşmaq lazımdır. Onun sözlərinə görə, heyvan kəsimi sanitariya və etik qaydalara uyğun, uşaqların görmədiyi qapalı məkanlarda həyata keçirilməlidir. 

"İctimai yerlərdə bu cür görüntülərin nümayiş etdirilməsi uşaqların psixoloji sağlamlığı baxımından uyğun deyil. Unutmayaq ki, uşaqlar gördükləri mühitdə böyüyürlər. Onların sağlam psixoloji inkişafı üçün təhlükəsiz, sakit və travmadan uzaq mühit yaratmaq həm valideynlərin, həm də cəmiyyətin ortaq məsuliyyətidir", - deyə Zeynəb Əyyubova fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Все новости