“Hüquqi Dövlət və Suverenlik: Konstitusion Yanaşma” mövzusunda regional konfrans keçirildi

“Hüquqi Dövlət və Suverenlik: Konstitusion Yanaşma” mövzusunda regional konfrans keçirildi
23.12.2025 17:37

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar olaraq, prokurorluq orqanları tərəfindən respublikanın müxtəlif bölgələrində silsilə tədbirlər həyata keçirilir.

TodayPress TV xəbər verir ki, bu tədbirlərin davamı olaraq, dekabrın 23-də Mingəçevir şəhərində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə “Hüquqi Dövlət və Suverenlik: Konstitusion Yanaşma” mövzusunda regional konfrans təşkil olunub.

Konfransda dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media orqanlarının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, elm və təhsil ictimaiyyətinin üzvləri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Mötəbər tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış hissəsində çıxış edən Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova konstitusion hüquqların təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi və hüquqi dövlət prinsipinin möhkəmləndirilməsində prokurorluq orqanlarının rolundan bəhs edib. O, hüquqi mexanizmlərin beynəlxalq standartlara uyğunlaşdırılmasının və institusional islahatların əhəmiyyətini vurğulayıb.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında dövlət suverenliyinin möhkəmləndirilməsində mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında koordinasiyalı fəaliyyətin vacibliyinə diqqət çəkib, regionlarda hüquqi maarifləndirmə işlərinin davamlı xarakter daşıdığını bildirib.

Mingəçevir şəhər prokuroru Pərvin Quliyev çıxışında prokurorluq orqanlarının Konstitusiyanın aliliyinin təmin olunmasında, qanunun düzgün tətbiqində və dövlət maraqlarının qorunmasında üzərinə düşən vəzifələrdən danışıb.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov öz çıxışında Azərbaycan Ordusunun dövlət suverenliyinin təmin edilməsində oynadığı mühüm roldan, informasiya təhlükəsizliyi sahəsində görülən tədbirlərdən və dezinformasiyalara qarşı mübarizə mexanizmlərindən bəhs edib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov insan hüquqlarının qorunmasının hüquqi dövlətin əsas sütunlarından biri olduğunu vurğulayaraq, vətəndaş müraciətlərinin araşdırılması, hüquqi maarifləndirmə və ictimai nəzarət mexanizmlərinin əhəmiyyətinə toxunub.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında ali təhsil müəssisələrinin hüquqi dövlət və konstitusion dəyərlərin gənclər arasında təbliğində mühüm rol oynadığını qeyd edib, hüquq sahəsində elmi-tədqiqat işlərinin və akademik–praktik əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Şəhid Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov çıxış edərək, dövlət suverenliyinin şəhidlərin canı və qanı bahasına təmin edildiyini bildirib, şəhid ailələrinə və qazilərə göstərilən yüksək dövlət qayğısının bu dəyərlərə verilən önəmin bariz nümunəsi olduğunu qeyd edib, eyni zamanda bu müqəddəs irsin və suverenlik dəyərlərinin gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.

Konfrans çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları və media nümayəndələri arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, gənclər arasında hüquqi şüurun artırılması və konstitusion dəyərlərin təbliği istiqamətində geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər səsləndirilib. Eyni zamanda prokurorluq orqanları ilə media və qeyri-hökumət təşkilatları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi, fəaliyyət istiqamətləri üzrə keyfiyyət və səmərəliliyin daha da artırılması, məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi, eləcə də istintaq sirri təşkil edə biləcək məlumatların ictimailəşdirilməsinin qarşısının alınması məqsədilə jurnalistlərlə ətraflı müzakirələr aparılıb.

Sonda konfrans iştirakçıları ilə xatirə fotoşəkili çəkilib.

TodayPress TV

ФОТО

“Hüquqi Dövlət və Suverenlik: Konstitusion Yanaşma” mövzusunda regional konfrans keçirildi — 1
“Hüquqi Dövlət və Suverenlik: Konstitusion Yanaşma” mövzusunda regional konfrans keçirildi — 2
“Hüquqi Dövlət və Suverenlik: Konstitusion Yanaşma” mövzusunda regional konfrans keçirildi — 3
“Hüquqi Dövlət və Suverenlik: Konstitusion Yanaşma” mövzusunda regional konfrans keçirildi — 4
“Hüquqi Dövlət və Suverenlik: Konstitusion Yanaşma” mövzusunda regional konfrans keçirildi — 5
“Hüquqi Dövlət və Suverenlik: Konstitusion Yanaşma” mövzusunda regional konfrans keçirildi — 6
“Hüquqi Dövlət və Suverenlik: Konstitusion Yanaşma” mövzusunda regional konfrans keçirildi — 7
“Hüquqi Dövlət və Suverenlik: Konstitusion Yanaşma” mövzusunda regional konfrans keçirildi — 8
“Hüquqi Dövlət və Suverenlik: Konstitusion Yanaşma” mövzusunda regional konfrans keçirildi — 9
ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Все новости