Heyvan bazarları açıldı: Ət ucuzlaşacaq?

Heyvan bazarları açıldı: Ət ucuzlaşacaq?
17.12.2025 16:59

"Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı fəaliyyətini bərpa edib. Bunlara baxmayaraq, ət məhsullarında qiymətlərin aşağı düşəcəyi gözlənilmir". 

Bu fikirləri TodayPress TV-yə danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib. 


Ekspertin sözlərinə görə, bazarın fəaliyyət göstərməsi avtomatik olaraq qiymətlərin enməsi demək deyil. Çünki sahibkarların əvvəlki dövrlərdə üzləşdiyi maliyyə itkiləri hələ də tam aradan qalxmayıb:

"Real ucuzlaşma yalnız klassik bazar mexanizmləri işə düşəndə mümkündür. Bazar o zaman real fəaliyyət göstərir ki, təklif tələbi üstələyir, bazara çox məhsul çıxarılır və eyni zamanda alıcılıq qabiliyyəti kifayət qədər zəif olur. Ancaq yalnız bu halda qiymətlər ucuzlaşa bilər".

İqtisadçının fikrincə, hazırkı mərhələdə nə məhsul bolluğu var, nə də alıcılıq qabiliyyətinin kəskin azalması müşahidə olunur. Bu səbəbdən bazarın açılması qiymətlərə ciddi təsir göstərmir:

"Bazarın fəaliyyətə başlaması o demək deyil ki, təklif avtomatik olaraq tələbi üstələyəcək. Hazırkı şəraitdə bu bazarın iqtisadiyyatda, xüsusilə də ət qiymətlərinə təsir gücü yoxdur", - deyə Xalid Kərimli fikrini sonlandırıb.

Qeyd edək ki, heyvan bazarları fəaliyyətini müvəqqəti dayandırmazdan əvvəl paytaxt bazarlarında ətin qiyməti əsasən 16-16 manat 50 qəpik aralığında dəyişirdi. Lakin bazarların bağlanmasından sonra qiymətlərdə nəzərəçarpacaq artım müşahidə olunmağa başladı. Belə ki, əvvəllər 16 manata təklif olunan ət məhsulları sonradan 17 manata, bəzi hallarda isə 18 manata qədər satılmağa başladı. 

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Все новости