Gürcüstanda nə baş verir? - Azərbaycanlı gənc qızların müəmmalı ölümləri

Gürcüstanda nə baş verir? - Azərbaycanlı gənc qızların müəmmalı ölümləri
20.04.2026 13:29

Bu gün yayılan daha bir gənc qızın ölüm xəbəri cəmiyyətdə dərin narahatlıq və kədər doğurub. 

Məsələ ilə bağlı hüquqşünas Elmar Həsənli TodayPress TV-yə açıqlamasında bildirib ki, baş verən faciə təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin ağrısı kimi qiymətləndirilməlidir.


Onun sözlərinə görə, oxşar hadisələr əvvəllər də baş versə də, cəmiyyət tərəfindən kifayət qədər dərindən təhlil olunmur:

"Bundan əvvəl özünü Kür çayına atan tələbə qızın taleyinə biganə yanaşmağımız bu gün yaşanan faciələrin əsas səbəblərindən biri kimi qiymətləndirilə bilər. Həmin hadisə zamanı geniş ictimai müzakirələr aparılsa da, sonradan məsələ unuduldu".

Hüquqşünas əlavə edib ki, bu gün də oxşar tendensiya müşahidə olunur. Hadisələr qısa müddətli emosional reaksiyalarla müşayiət edilir, sosial mediada geniş yayılır, lakin problemin köklü səbəbləri araşdırılmır və nəticə çıxarılmır:

"Bu yanaşma cəmiyyətdə laqeydliyin artmasına gətirib çıxarır. Nəticədə isə bu cür faciələr təkrarlanır və yeni insanlar həyatını itirir".

E. Həsənli vurğulayıb ki, bu hadisələr yalnız hüquqi məsuliyyət çərçivəsində deyil, eyni zamanda mənəvi və ictimai məsuliyyət baxımından da qiymətləndirilməlidir. Onun sözlərinə görə, baş verənlər cəmiyyət olaraq məsuliyyət hissinin zəifləməsinin acı nəticəsidir.

Qeyd edək ki, Marneuli rayon sakini 24 yaşlı Aysun Quliyevanın meyiti kirayə yaşadığı evdə aşkar olunub.

Bildirilib ki, aprelin 18-i ailə üzvləri Tbilisidə Aysunla birgə olublar. Onlar məskunlaşdıqları rayona qayıtdıqdan sonra gənc qızın rəfiqəsi Aysunun yaşadığı evin qapısının bağlı olduğunu, onunla əlaqə saxlaya bilmədiyini deyib. Qapı açıldıqdan sonra A.Quliyevanın meyiti aşkar edilib.

Onun həyatına qəsd etməsi ehtimal olunur.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL выполнил первый регулярный рейс по маршруту Баку – Шымкент 15:39 Впервые за несколько месяцев: Зеленский встретился с Трампом 15:35 Медина покинул «Карабах» 15:30 Увидев турка в Армении, люди реагировали негативно — ВИДЕО 15:18 Оскорбление мусульман от Джими: однажды мы вас расчленим и закопаем! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Подписанное в Шуше соглашение вызвало страх у русских и армян, увидев подпись Алиева… 14:36 Сделаем России хуже, чем в 1941-м: в Германии заговорили о возможном ударе 14:29 Кто проиграл, кто выиграл в Иране и кому придется пожалеть? 14:29 Началась встреча глав МИД России и Турции 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Пашинян выдаст Кочаряна Баку? — НЕОЖИДАННЫЙ ПЛАН, взбудораживший Ереван 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Все новости