Güclü maqnit qasırğası baş verəcək - Çölə çıxmayın

Güclü maqnit qasırğası baş verəcək - Çölə çıxmayın
09.12.2025 17:10

Dekabrın 9-dan 10-na keçən gecə Yer kürəsində güclü maqnit qasırğasının baş verəcəyi gözlənilir.

Bu proses hansı insanlara təsir edəcək?

Mövzu ilə bağlı terapevt Etibar Süleymanov TodayPress TV-yə danışarkən  bildirdi ki, maqnit qasırğalarının əksər insanlar üçün ciddi təhlükəsi yoxdur.


Lakin meteo-həssas insanlar üçün bəzi əlamətlər ortaya çıxa bilər:

"Həmin insanlarda təzyiq xəstələrində təzyiqin yüksəlməsi, həssas sinir sistemi olanlarda baş ağrısı, ümumi halsızlıq və yorğunluq, yuxu pozuntusu və əhvalın dəyişməsi baş verə bilər".

Həkimin sözlərinə görə, belə günlərdə meteo-həssas şəxslərə daha diqqətli olmaq, gündəlik fəaliyyəti yüngülləşdirmək və özünü yormamaq tövsiyə olunur.

Ekspert həmçinin bildirir ki, geomaqnit qasırğaları zamanı ürək-damar sistemi xəstəlikləri olanlar, yaşlılar və xroniki narahatlığı olanlar öz vəziyyətlərini nəzarətdə saxlamalıdırlar. Suyu normadan az içməmək, açıq havada qısa gəzinti etmək və stressdən uzaq durmaq tövsiyə edilir.

Mütəxəssis əlavə edib ki, maqnit qasırğalarının psixoloji təsirləri də mümkündür. Bəziləri özünü adi günlərdən daha əsəbi və ya gərgin hiss edə bilər:

"Bu simptomlar adətən 24-48 saat ərzində keçib gedir. Qasırğanın pik saatlarının gecə vaxtına düşməsi isə gündəlik həyat ritminə ciddi təsir göstərməyəcək. Xüsusilə həssas insanlar öz səhhətlərinə qarşı diqqətli olmalıdırlar", - deyə Etibar Süleymanov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Али Асадов встретился с президентом Узбекистана 16:37 Устройство, отслеживающее водителей между радарами, могут внедрить в Азербайджане — МНЕНИЕ 16:25 Ильхам Алиев провел телефонный разговор с премьером Нидерландов 16:13 Франция сыграет с Сенегалом, Аргентина встретится с Алжиром 16:07 Пенсии в регионах будут выплачены к этой дате 15:52 Начался крах Российской империи: Армения проявила неуважение 15:51 AZAL выполнил первый регулярный рейс по маршруту Баку – Шымкент 15:39 Впервые за несколько месяцев: Зеленский встретился с Трампом 15:35 Медина покинул «Карабах» 15:30 Увидев турка в Армении, люди реагировали негативно — ВИДЕО 15:18 Оскорбление мусульман от Джими: однажды мы вас расчленим и закопаем! 15:16 Все новости