Gənc prokurorluq işçiləri ilə görüş keçirildi

Gənc prokurorluq işçiləri ilə görüş keçirildi
26.09.2025 14:36 Cəmiyyət

Sentyabrın 25-də Baş Prokurorluq və Bakı şəhər prokurorluğunun inzibati binasında 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Milli prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü ilə əlaqədar prokurorluğun veteranları və gənc prokurorluq işçiləri arasında görüş keçirilib.

TodayPress TV xəbər verir ki, görüşdə müasir Azərbaycanın qurucusu dünya şöhrətli dövlət xadimi Ümummilli lider Heydər Əliyevin göstərdiyi misilsiz fədakarlıq vurğulanaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə ordumuzun əldə etdiyi möhtəşəm qələbə sayəsində ərazi bütövlüyümüzün və 2023-cü ildə isə 23 saatlıq lokal antiterror tədbirləri ilə suverenliyimizin bərpa edilməsindən bəhs edilib. 

Suverenliyimizin ölkə başçısı İlham Əliyev tərəfindən beynəlxalq aləmdə təsdiq edilməsi, avqust ayının 8-də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması xüsusilə qeyd edilib.

Ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində Şərqi Zəngəzur və Qarabağ bölgəsində aparılan kompleks quruculuq işləri barədə gənc hüquqşünaslara danışılıb və “Böyük Qayıdış”ın reallaşmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Veteranlar görüşdə prokurorluq orqanlarındakı xatirələrini danışıb, gənc prokurorluq işçiləri ilə öz bilik və təcrübələrini bölüşüb, hazırda prokurorluq orqanlarında aparılan dinamik islahatlar, eləcə də maddi və texniki bazanın möhkəmləndirilməsi istiqamətində göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib.

Görüşdə veteranlar prokurorluq orqanlarında çalışmağın şərəfli, eyni zamanda bir o qədər çətin və məsuliyyətli olmasını vurğulayaraq gənclərə uğurlar arzu edib.

TodayPress TV

FOTOLAR

Gənc prokurorluq işçiləri ilə görüş keçirildi — 1
Gənc prokurorluq işçiləri ilə görüş keçirildi — 2
Gənc prokurorluq işçiləri ilə görüş keçirildi — 3
Gənc prokurorluq işçiləri ilə görüş keçirildi — 4
Gənc prokurorluq işçiləri ilə görüş keçirildi — 5
Gənc prokurorluq işçiləri ilə görüş keçirildi — 6
Gənc prokurorluq işçiləri ilə görüş keçirildi — 7
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər