FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vuruldu

FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vuruldu
18.07.2025 13:56 Cəmiyyət

İyulun 14-18-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Qəbələ rayonunda FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş nazirliyin qurumları arasında keçirilən beşnövçülük üzrə çempionata yekun vurulub.

Bu barədə FHN-in Mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, çempionatda qurumları təmsil edən 12 komandadan 90-a yaxın əməkdaş əzmkarlıq göstərərək öz qüvvəsini sınayıb.

Keçirilən çempionatda iştirakçılar güc çalışmaları, maneələr zolağının dəf edilməsi, atıcılıq, üzgüçülük və dağa dırmanma mərhələləri üzrə bacarıqlarını nümayiş etdiriblər. Yarışın son günündə komanda və şəxsi hesab üzrə qaliblər müəyyən olunub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan mükafatlandırma mərasimində çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qalibləri təbrik edərək, yarışın əhəmiyyətindən danışıb, idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edib.

Yarışda komanda hesabında 1-ci yeri FHN-in Akademiyasının, 2-ci yeri Dövlət Yanğından Mühafizə Xidmətinin, 3-cü yeri isə Bakı Regional Mərkəzinin komandası tutub.

Yarışın əzmkar komandası Mülki müdafiə qoşunlarının komandası olub.

Şəxsi nəticələrdə 1-ci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Adil Teymurov, 2-ci yerə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Fəhmin Süleymanlı, 3-cü yerə isə Mülki müdafiə qoşunlarının əməkdaşı Cavanşir Fərzəliyev layiq görülüb..

Sonda qaliblər kubok, diplom və medalla mükafatlandırılıb.

FOTOLAR

FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vuruldu — 1
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vuruldu — 2
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vuruldu — 3
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vuruldu — 4
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vuruldu — 5
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vuruldu — 6
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vuruldu — 7
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vuruldu — 8
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vuruldu — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər