Fatimə Əyyub: "Uşaqların onlayn təhlükəsizliyi üçün 78 məktəbdə maarifləndirmə aparılıb"

Fatimə Əyyub: "Uşaqların onlayn təhlükəsizliyi üçün 78 məktəbdə maarifləndirmə aparılıb"
18.12.2025 12:26

"Dövlət üçün informasiya təhlükəsizliyi prioritet məsələlərdən biridir. Bu sahə, həmçinin 2023-2027-ci illər üçün qəbul olunmuş informasiya və kiber təhlükəsizliyi strategiyasında da öz əksini tapıb".

TodayPress TV xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətində baş məsləhətçi Fatimə Eyyub Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bu sahədə qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində bir neçə istiqamətdə fəaliyyət göstərir:

"Ən önəmli istiqamətlərdən biri maarifləndirmədir. 2024-cü ildən “Məktəblinin dostu” layihəsi çərçivəsində Xidmət məktəblərdə silsilə maarifləndirmə tədbirləri keçirib. Layihə çərçivəsində 78 məktəblə əməkdaşlıq olunub, 481 təlim təşkil edilib və təxminən 42 min məktəbli və təhsil əməkdaşı informasiya təhlükəsizliyi sahəsində maarifləndirilib. Bu maarifləndirmələr uşaqların zərərli informasiyadan qorunmasını da əhatə edir. Layihə 2025-ci ildə də uğurla davam etdirilib.

Digər fəaliyyət istiqaməti, yayılması qadağan edilmiş məlumatların internetdə yerləşdirildiyi hallarda onlara müraciətin məhdudlaşdırılmasıdır. Qanunvericiliyə görə informasiya məhsulunun sahibi, yayıcısı və ya informasiya ehtiyatının sahibi həmin məhsulu yerləşdirərkən yaş kateqoriyasına uyğun təsnifatlandırmalıdır. Bu kateqoriyalar 6 yaşadək, 6+, 12+, 16+ və 18+ olaraq müəyyən olunub. Məsələn, insan bədəninə aid təsvirlər yaş kateqoriyasına uyğun təsnif edilir".

Nazirliyin nümayəndəsi əlavə edib ki, qlobal platformalarda qanun pozuntusu aşkarlandıqda Elektron Təhlükəsizlik Xidməti valideyn nəzarətinin tətbiqi barədə metodik dəstək verir:

"Bu, tətbiqdaxili və ya oyundaxili məhdudiyyətlərin necə qurulması barədə tövsiyələri əhatə edir. Valideynlər həmçinin oyundaxili satınalmaların necə məhdudlaşdırılacağını öyrənirlər.

Əlavə olaraq, yayılması qadağan edilmiş informasiya yerləşdirildikdə Xidmət internet resursunun sahibinə müraciət edir və müəyyən vaxt verir ki, həmin məlumat aradan qaldırılsın və ya yaş kateqoriyasına uyğunlaşdırılsın. Əgər tədbir görülməzsə, internet resursuna giriş məhdudlaşdırılır".

Fatimə Eyyub qeyd edib ki, bütün bu tədbirlərin məqsədi uşaqların təhlükəsiz internet mühitində olmalarını təmin etmək və onların sağlam inkişafına mane ola biləcək risklərin qarşısını almaqdır. 

O vurğulayıb ki, təcrübə göstərir ki, dövlət qurumları, valideynlər, təhsil işçiləri və cəmiyyət birgə əməkdaşlıq etdikdə uşaqlar üçün daha təhlükəsiz internet mühiti yaratmaq mümkündür. 

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 августа 2026
Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 Все новости