DTX-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans keçirildi - FOTO

DTX-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans keçirildi - FOTO
08.05.2026 23:06

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının (Akademiya) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Respublikasının dayanıqlı inkişaf strategiyası” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

TodayPress TV xəbər verir ki, bu haqda Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə DTX-nin məsul əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbər, professor-müəllim heyətləri ilə yanaşı, təhlükəsizlik orqanlarının veteranları və Akademiyanın kursantları iştirak edib. 

Konfransda Akademiyanın rəisi general-mayor Elşad Nəsirov Ulu Öndərin müasir Azərbaycanın inkişafındakı müstəsna rolu barədə çıxış edərək ölkənin dayanıqlı inkişaf strategiyasının məhz əbədiyaşar lider Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməllər üzərində qurulduğunu və bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. E.Nəsirov həyata keçirilən balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artaraq regionun lider dövlətinə çevrildiyini xüsusi vurğulayıb.

Milli Məclisin sədr müavini, professor Ziyafət Əsgərov Heydər Əliyevin fəaliyyətinin bütöv bir xalqın taleyi ilə bağlı olduğunu bildirərək, onu milli dövlətçilik ideologiyasının banisi və xalqın xilaskarı kimi xarakterizə edib. Z.Əsgərov XX əsrin sonlarında ölkədə hökm sürən xaos və böhran dövründə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin məhv olmaq təhlükəsinin qarşısının alındığını, milli birliyin bərpa edildiyini diqqətə çatdırıb. Məruzədə həmçinin, Heydər Əliyevin rəhbərliyi ilə güclü idarəçilik sisteminin qurulduğu, qanunun aliliyinin təmin olunduğu və müasir Konstitusiyanın qəbulu ilə demokratik inkişafın əsasının qoyulduğu açıqlanıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunmasını dövlətçilik siyasətinin prioritet istiqaməti hesab etdiyini və xalqın varlığını onun dili, tarixi yaddaşı, adət-ənənələri ilə birbaşa əlaqələndirdiyini bildirib. Ulu Öndərin ana dilinə sevgini və Azərbaycan dilinin dövlət dili kimi inkişafını strateji hədəf seçərək, milli ədəbiyyatın və incəsənətin tərəqqisinə xüsusi qayğı göstərdiyi diqqətə çatdırılıb.

Daha sonra söz alan BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Dövlət Universitetinin professoru Ramiz Sevdimalıyev, Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Milli Məclisin deputatı Elman Nəsirov öz çıxışlarında Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında danılmaz xidmətlərindən bəhs edib, Prezident İlham Əliyev tərəfindən ölkəmizin yeni inkişaf mərhələsinə yüksəldiyini, iqtisadi gücünün durmadan artdığını, qeyri-neft sektorunda irəliləyişlərə nail olduğunu bildirib.  Eyni zamanda, Azərbaycanın nəqliyyat və enerji dəhlizləri vasitəsilə regional əməkdaşlıq layihələrində iştirakının və geosiyasi əhəmiyyətinin artdığı, ölkənin beynəlxalq nüfuzunun daha da möhkəmləndiyi ifadə olunaraq bütün bu nailiyyətlərin Heydər Əliyev ideyalarına sadiqliyin və İlham Əliyevin həyata keçirdiyi modernləşmə siyasətinin nəticəsi olduğu vurğulanıb.

Ulu Öndərə həsr olunmuş videoçarxın nümayişindən sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Все новости