DOST mərkəzlərində xidmət göstərilən vətəndaşların sayı 4 milyona çatdı

DOST mərkəzlərində xidmət göstərilən vətəndaşların sayı 4 milyona çatdı
08.12.2025 15:44

DOST mərkəzlərində xidmət göstərilən vətəndaşların sayı dörd milyona çatıb.

TodayPress TV xəbər verir ki, bu sırada dörd milyonuncu vətəndaş 2 saylı Bakı DOST Mərkəzində müraciətinə uyğun xidmət göstərilən Bakının Xəzər rayon sakini Firuz Novruzov olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyi İdarə Heyəti sədrinin müavini Seymur Alıyev F.Novruzovla görüşüb.

Görüşdə DOST mərkəzlərində göstərilən xidmətlər barədə məlumat verilib, vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsinin 98,6 faiz olduğu vurğulanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi yaradılıb. Ötən dövr ərzində 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində "Smart DOST" xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı, eləcə də Kəlbəcər və Füzuli DOST məntəqələri istifadəyə verilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 160 sosial xidmətin "bir pəncərə" prinsipi ilə operativ, şəffaf, müasir və innovativ əsasda təqdim olunmasına imkan yaradıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Определится соперник «Карабаха» в Лиге Европы 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Москва под ударом: украинские дроны атаковали столицу — ВИДЕО 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 Все новости