DİN yollarda təhlükəsizlik qaydaları ilə bağlı çağırış etdi - VİDEO

DİN yollarda təhlükəsizlik qaydaları ilə bağlı çağırış etdi - VİDEO
18.08.2025 10:50 Cəmiyyət

Daxili İşlər Nazirliyi tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmini, sürücü mədəniyyətinə əməl olunmasının təşviqi və vətəndaşlarla mütəmadi olaraq nəzarət-profilaktik tədbirlərin aparılması daim diqqətdə saxlanılır.

Bu barədə DİN-in Mətbuat Xidmətindən TodayPress TV-yə verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzaların sayının minimuma endirilməsi, bir sözlə hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas məqsədlərdən biri kimi müəyyən edilib:

"Sükan arxasında yol hərəkəti qaydalarına əməl edib-etməməklə təkcə özünüzün deyil, ətrafınızdakıların da həyatını dəyişdirə bilərsiniz. Zamana qalib gəlmək üçün artırdığınız sürət sizdən gələcəyinizi, sağlamlığınızı, illərinizi alıb apara, geriyə isə sadəcə yarımçıq bir ömür qala bilər. O ömür tamamlansın, bədbəxt hadisələr olmasın, qəzalar baş verməsin deyə yollarda sürət ölçən qurğular yerləşdirilib. Radar sadəcə bir qurğu deyil, qaydalara və insan həyatının qorunmasına xidmət edən texniki vasitədir. Bugünədək baş verən qəzaların təhlili bir daha onu sübut edir ki, yol nişanlarının tələblərinə məhəl qoymayıb avtomobili sürətlə idarə etmək, yalnız radar qurğularına yaxınlaşan zaman sürəti aşağı salmaq ağır faciələrlə nəticələnən hadisələrə səbəb olur.

Əziz sürücülər, yaddan çıxarmayaq ki, sürət əksər hallarda həyatınıza həyəcan yox, fəlakət gətirir. Sürətölçən qurğuları öz təhlükəsizliyiniz üçün nəzərdə tutulan kəmər, sürət həddini isə həyatınızın qırmızı xətti bilin. Unutmayın ki, bu qurğular həm də sizə “tələsmə, həyatınız qiymətsizdir” mesajını ötürür".

FOTOLAR

DİN yollarda təhlükəsizlik qaydaları ilə bağlı çağırış etdi - VİDEO — 1
DİN yollarda təhlükəsizlik qaydaları ilə bağlı çağırış etdi - VİDEO — 2
DİN yollarda təhlükəsizlik qaydaları ilə bağlı çağırış etdi - VİDEO — 3
DİN yollarda təhlükəsizlik qaydaları ilə bağlı çağırış etdi - VİDEO — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər