DİN-də Zəfər Gününə həsr olunan mərasim keçirildi

DİN-də Zəfər Gününə həsr olunan mərasim keçirildi
07.11.2025 14:58

Daxili İşlər Nazirliyində 8 Noyabr - Zəfər Gününə həsr olunan təntənəli mərasim keçirilib.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin xalqımızın şanlı tarixində əbədi iz qoyan, əsrlərlə yaddaşlardan silinməyəcək bir hadisə olduğunu vurğulayıb. O, torpaqlarımızın işğaldan azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış ən parlaq səhifələrdən olduğunu, bu qələbənin qazanılmasında təkcə hərbi gücün deyil, xalq-ordu-dövlət birliyinin və milli iradənin vəhdətinin mühüm rol oynadığını qeyd edib.

Tədbir iştirakçılarına daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazovun Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Daxili İşlər Nazirliyinin şəxsi heyətinə ünvanladığı təbriki çatdırılıb.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanının müavini - Şəxsi Heyət üzrə İdarənin rəisi general-mayor İnqilab Muradov ölkə Prezidentinin davamlı səyləri ilə yaradılan güclü hərbi potensialın qarşımızda duran müqəddəs missiyanın layiqincə yerinə yetirilməsində öz töhfəsini verdiyini vurğulayıb.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının Vətən müharibəsində misilsiz şücaət və hünər göstərərək Ali Baş Komandanın etimadını və xalqımızın inamını doğrultduğu, torpaqlarımızın işğaldan azad olunması zamanı şəxsi heyətdən 66 nəfərin şəhidlik zirvəsinə ucaldığı, 346 nəfərin yaralandığı, ölkə rəhbəri tərəfindən 4 hərbi qulluqçunun "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldüyü, yüzlərlə hərbi qulluqçumuzun isə orden və medallarla təltif olunduğu bildirilib.

Daha sonra çıxış edənlər Vətən müharibəsində qazanılan qələbədə və lokal xarakterli antiterror tədbirlərində Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışıblar.

Tədbirin sonunda Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlıqlarını özündə əks etdirən "Zəfər meydanı" sənədli filmi nümayiş etdirilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Все новости