DGK Elçin Quliyevi cərimələdi

DGK Elçin Quliyevi cərimələdi
07.03.2026 16:17

Dövlət Gömrük Komitəsi Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevi cərimələyib.

TodayPress TV qaynarinfo.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) maddəsi ilə protokol tərtib edib.

Belə ki, "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi tərəfindən Türkiyə Respublikasından gətirilən "diri atlar” yükü 77JN741/10ZC374 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postundan Azərbaycan Respublikasının gömrük ərazisinə keçirilib. Lakin həmin yükə dair sorğu nömrəli gömrük bəyannamələri gömrük orqanına təqdim edilməyib.

Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, idxal olunan yüklərə dair gömrük bəyannaməsi 15 gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Nəticədə "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədib.

İşə məhkəmədə baxılıb.

Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati icraat aparılan "Azərbaycan Respublikasının Atçılıq Federasiyası”nın rəhbərliyinə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndələr iştirak etməyib, səbəb barədə məhkəməyə məlumat verilməyib.

Məhkəmənin qərarına əsasən, "Atçılıq Federasiyası” İctimai Birliyinin rəhbəri Elçin Quliyev İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2009-cu ildən "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyinin prezidenti və qanuni təmsilçisidir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Все новости