Daha 184 mənzil kirayə mexanizmi çərçivəsində satışa çıxarılır

Daha 184 mənzil kirayə mexanizmi çərçivəsində satışa çıxarılır
28.07.2026 17:20

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 184 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.

TodayPress TV xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 925 manatdan başlayır.

Yeni mənzillərin seçimi 04 avqust 2026-cı il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçirilir.

Bildiririk ki, müraciətlər zamanı təhlükəsizliyin və şəffaflığın təmin edilməsi məqsədilə yaşayış sahələrinin seçimi SİMA biometrik identifikasiya üsulu ilə həyata keçiriləcəkdir. SİMA biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərsiniz.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), rəsmi YouTube kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzi vasitəsilə əldə etmək mümkündür.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
28 июля 2026
UEFA Çempionlar Liqası: "KuPS" - "Sabah" matçında hesab açıldı - CANLI 19:05 Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir! 19:50 Zelenski getdi, Netanyahu gəldi 19:57 Tramp Zelenskiyə nə vəd etdi? - Görüşdən ilk detallar və görüntülər 19:38 İsfahan Həsənov dünya çempionatında gümüş medal qazandı 19:42 Odessa sahillərində gəmi yanır - VİDEO 19:32 Aİ-dən Rusiyaya daha bir “paket” gəlir 19:27 Zelenski Ağ Evdən ayrıldı - YENİLƏNDİ 18:18 Erməni separatçıların məhkəməsində gərgin iclas - Prokuror nə istədi? 19:14 Daha bir yunan-Roma güləşçimiz bürünc medal qazandı 19:08 Müctəba Xamenei haradadır? - ABŞ və İsrail onun izinə düşdü 18:58 Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi? 18:49 Zelenski Trampla görüşə qalstuksuz gəldi - VİDEO 18:37 Trampdan İrana ultimatum: “Bir saata…” 18:07 Azərbaycan güləşçisi Ömər Salmanov bürünc medal qazandı 18:22 Azərbaycanın Belqradda gündəmə gətirdiyi əsas məsələ nə oldu? 18:11 Qızıl medala bir addım: İki güləşçimiz finala yüksəldi 18:05 Джейхун Байрамов принял нового посла Германии в Азербайджане 17:33 Ermənistanı dünyaya terror dövləti kimi tanıdan türk diplomatlarının öldürüldüyü Lissabon aktı 17:33 Немцы меняют политическую систему — угроза фашизма в Европе? 17:28 “Azzurri”də inqilab davam edir: Ranyeriyə yüksək vəzifə 17:25 UFC çempionunun səmimi etirafı gündəm oldu 17:23 Daha 184 mənzil kirayə mexanizmi çərçivəsində satışa çıxarılır 17:20 Zidan: “Deşam Deşamdır, Zidan isə Zidandır” 17:12 20 yaşlı dahilərin tarixi dueli: dünya tacı uğrunda mübarizə 17:03 Все новости