Çörəyin qiyməti niyə artdı? - AÇIQLAMA

Çörəyin qiyməti niyə artdı? - AÇIQLAMA
11.02.2026 17:57

Azərbaycanda bəzi çörək növlərinin, xüsusilə “baton”ların qiyməti artıb. Əvvəllər 1 manata satılan doğranmış baton indi 1 manat 10 qəpiyədir. Supermarketlərdə yerində bişirilən çörəklər də bahalaşıb.

Bəs bahalaşmanın səbəbi nədir və yaxın dövrdə başqa hansı məhsullarda qiymət artımı baş verə bilər?

İqtisadçı Xalid Kərimli TodayPress TV-yə danışarkən bildirib ki, dünya bazarında dənli bitkilərin, o cümlədən buğdanın qiymətində ciddi artım yoxdur. 


Onun sözlərinə görə, əsas idxal istiqamətləri üzrə də kəskin dəyişiklik müşahidə edilmir. Lakin bu, daxili bazarda qiymətlərin sabit qalacağı anlamına gəlmir:

"Əsas səbəblərdən biri logistika və çatdırılma xərclərinin artmasıdır. Son iki ildə yanacaq qiymətlərində baş verən artım istehsal və daşınma xərclərinə birbaşa təsir edib. Belə ki, 2024-cü ilin ortalarında dizel yanacağının qiyməti 25 faiz, 2025-ci ilin sonunda isə əlavə olaraq 10 faiz artırılıb. Benzinin qiymətində də oxşar artım qeydə alınıb. Bu isə çörək istehsalından satış nöqtələrinə qədər bütün zəncir üzrə maya dəyərini yüksəldib".

İqtisadçı əlavə edib ki, enerji və kommunal xərclərin artması da istehsalçıların yükünü ağırlaşdırıb:

"Tarif Şurasının qərarları ilə dövlət tərəfindən təqdim olunan bəzi enerji məhsulları və xidmətlərin bahalaşması çörək zavodlarının əməliyyat xərclərini artırıb. Dünya bazarında idxal qiymətlərində dollar ifadəsində ciddi dəyişiklik olmasa da, manatın dönərli valyutalar qarşısında ucuzlaşması idxal olunan xammal və materialların manatla ifadədə bahalaşmasına səbəb olub. Bu da çörək istehsalında istifadə edilən əlavə materialların maya dəyərinə təsir göstərir".

Ekspert vurğulayıb ki, çörək sosial baxımdan həssas məhsul olsa da  və rəsmi olaraq tənzimlənən mallar siyahısına daxil edilməsə də, daim dövlət nəzarətindədir:

"Bu sahədə mənfəət marjası aşağı olduğundan xərclərdəki hətta kiçik artım belə istehsalçıların rentabelliyinə ciddi təsir göstərir. Bu isə nəticə etibarilə qiymət artımını zəruri edir. Yanacaq, enerji, logistika və əmək xərclərində artım davam edərsə, bu tendensiya digər un məmulatlarına və ümumilikdə yerli istehsal olunan ərzaq məhsullarına da təsir göstərə bilər", - deyə Xalid Kərimli qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Все новости