Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq - Milli Məclisdən yeni dəyişiklik

Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq - Milli Məclisdən yeni dəyişiklik
30.06.2026 14:18

Narkotik, pornoqrafiya, əxlaqsız ifadələr, qumar, intiharı təbliğ, şəxsi həyatın toxunulmazlığını pozan informasiyaların yerləşdirilməsi və təhqir hallarında internet informasiya ehtiyatının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq:

– narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar;

– pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;

– kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar

– qumar təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar (“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla)

– intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar;

– “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla);

– təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;

– insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июня 2026
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi 17:19 Dəmir çatışmazlığı necə hiss olunur? Əlamətlər və dəstəkləyici təbii yollar 16:05 Kiberpolis qanunsuz mərc oyunları təşkil edən cinayətkar dəstəni ifşa etdi 17:11 İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı 16:59 İran XİN Qalibafın Azərbaycana səfərini dəyərləndirdi 16:44 Prezidentdən Korrupsiya ilə bağlı MÜHÜM ADDIM: Bundan sonra... 16:26 DTX-yə strateji obyektlərlə bağlı yeni səlahiyyət verildi 16:22 Azərbaycan Prezidenti bu ölkənin əhalisini sevindirdi 16:17 Первая леди лично выступила с инициативой по искусственному интеллекту — ПОДРОБНОСТИ 16:05 Bu günün 1/16 final mərhələsinin oyunları açıqlandı 16:07 Xamenei atasının dəfnində iştirak edəcək? - RƏSMİ 15:49 “Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir 15:44 Polikistik over sindromu: qadınlarda əlamətlər və təbii dəstək üsulları 15:42 Мехрибан Алиева опередила процессы — Азербайджан не разделит участь этих стран 15:36 Yeni peşə təhsili ixtisasları yaradıldı - SİYAHI 15:25 Bu ölkə baş nazirlərin “başını yeyir” 14:50 Azərbaycanın şəhid verdiyi itkinlərin kimlikləri açıqlandı 15:08 Сколько газа мы сможем дать?В Европе все глаза проглядели 14:57 Любовь Фаризы к Ильхаму стала главным праздником молодости — Империя пала жертвой пули, выпущенной в эту любовь 14:52 Расстрелял людей в Ходжалы и возглавил Армению — Азербайджан объявил его в розыск: досье на президента-убийцу 14:47 Lyayen hər kəsi şoka salan rəqəmi açıqladı: Brüssel Kiyevə kosmik büdcə ayırdı 14:31 "Turan" "Fənərbağça"nı belə razı salıb - Türkiyə nəhəngi Tovuza gəlir 14:28 18-й в мире, 5-й в Европе: на самом длинном туннеле Азербайджана наводят финальный марафет 14:24 Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq - Milli Məclisdən yeni dəyişiklik 14:18 Görkəmli cərrah Mirəsədulla Mirqasımovun tarix muzeyinə bağışlanmış əşyaları oğurlandı 14:07 Все новости