Bölgələrdə qəhvəyi mərmər bağacığına qarşı “Tap, Məhv et ” kampaniyası davam edir

Bölgələrdə qəhvəyi mərmər bağacığına qarşı “Tap, Məhv et ” kampaniyası davam edir
14.11.2025 18:12

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin mütəxəssislərindən ibarət qruplar bölgələrdə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə dair monitorinqlər həyata keçirir. Respublikamızın müxtəlif bölgələrində olduğu kimi, Zaqatala rayonunun Danaçı kəndində də zərərvericiyə qarşı maarifləndirici görüşlər və praktik tədbirlər həyata keçirilib.

TodayPress TV xəbər verir ki, kampaniyanın məqsədi qəhvəyi mərmər bağacığının yayılmasının qarşısını almaq, əhalinin maarifləndirilməsi yolu ilə mübarizə tədbirlərinin daha səmərəli təşkilinə nail olmaqdır. Görüş zamanı mütəxəssislər zərərvericinin bioloji xüsusiyyətləri, aşkarlanma üsulları, məişət sahələrinə və təsərrüfatlara vurduğu ziyan, həmçinin qarşısının alınması üçün mövcud mübarizə metodları barədə kənd sakinlərinə ətraflı məlumat veriblər.

Danaçı kəndində təşkil olunan maarifləndirici tədbirlər çərçivəsində “Tap, Məhv et” kampaniyasının tələblərinə uyğun olaraq qəhvəyi mərmər bağacığının aşkarlandığı ərazilərdə mexaniki mübarizə üsullarının tətbiqi nümayiş etdirilib. Mütəxəssislər əhalinin bu prosesə fəal şəkildə cəlb olunmasının vacibliyini qeyd edərək, zərərvericinin xüsusilə payız-qış mövsümündə yaşayış evlərinə toplaşma meylinin artdığını bildiriblər. Sakinlərə zərərvericinin yetkin fərdlərinin təhlükəsiz şəkildə məhv edilməsi qaydaları izah edilib. Mütəxəssislər bildiriblər ki, vaxtında görülən mexaniki və profilaktik tədbirlər qəhvəyi mərmər bağacığının populyasiyasının azalmasına və növbəti ildə təsərrüfatlara vurduğu ziyanın minimuma endirilməsinə mühüm töhfə verir.

Qeyd edək ki, kampaniya çərçivəsində bölgələrdə maarifləndirmə tədbirləri, evlərdə və təsərrüfat sahələrində monitorinqlər davam etdirilir.

Aqrar Xidmətlər Agentliyi ölkənin bütün bölgələrində “Tap, Məhv et” kampaniyasını mövsüm boyunca davam etdirəcək və əhali ilə birgə qəhvəyi mərmər bağacığına qarşı mübarizə işlərini daha da gücləndirəcək.

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Все новости