Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib”

Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib”
23.06.2026 15:59

Paytaxtın Binəqədi rayonunda su xəttində baş verdiyi bildirilən qəza sakinlərin ciddi narahatlığına səbəb olub. 

TodayPress TV redaksiyasına müraciət edən sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemin hələ də həll olunmadığını bildirirlər.

Hadisə Binəqədi rayonu, Birinci Mədən qəsəbəsi, Aşırım küçəsində, Vulkan dağının yaxınlığında qeydə alınıb.

Şikayətçi bildirib ki, evlərinin üzərindən keçən kiçik su xəttində qəza baş verib və nəticədə əraziyə böyük həcmdə su axmağa başlayıb.

"Bizim evin üstündən kiçik bir su xətti keçir. Həmin xətt və şlanqlar partlayıb. Nə qədər müraciət etsək də, nəticə yoxdur. Rəsmi ərizə ilə də müraciət etmişik, amma gəlib baxan olmayıb".

Sakinin sözlərinə görə, hadisədən sonra yalnız bir əməkdaş əraziyə baxış keçirib, lakin görülən tədbirlər problemi aradan qaldırmayıb.

"Sadəcə bir işçi gəlib xəttə baxdı, müəyyən müdaxilə etdi, amma su sızması əvvəlki kimi davam edir. Bütün evimizin ətrafı bataqlığa çevrilib. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunub. Su İdarəsinə müraciət etmişik. Ayın 8-də Azərsuya ərizə ilə müraciət etmişəm. Həmçinin 20 Yanvar ərazisindəki Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə də (ADSEA) dəfələrlə getmişəm. Dünən artıq dördüncü dəfə müraciət etdim. Amma hər dəfə sadəcə "baxılacaq" deyib məni yola salırlar".

Şikayətçinin sözlərinə görə, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri də əraziyə baxış keçiriblər. Lakin problemin onların səlahiyyətlərinə aid olmadığını bildirərək hər hansı tədbir görməyiblər.

Nəticədə isə su fasiləsiz axıb gedir. Yolun hər tərəfi, ətraf ərazilər su içindədir. Evin alt hissəsi və zirzəmisi tamamilə su ilə dolub.

Müraciətdə qeyd olunur ki, suyun davamlı şəkildə axması artıq təkcə narahatlıq deyil, həm də yaşayış evi üçün ciddi təhlükə yaradır.

"Evə və yola suyun sızması ciddi problemdir. Xüsusilə zirzəminin su ilə dolması evin bünövrəsinə ziyan vurur və gələcəkdə daha böyük təhlükələr yarada bilər. Aidiyyəti qurumlara dəfələrlə edilən müraciətlərə baxmayaraq, problemin həll olunmaması sakinlərdə ciddi narahatlıq yaradır"

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib, mövqeyini dərc etməyə hazırıq.

Türkan İsgəndərli

TodayPress TV

ФОТО

Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib” — 1
Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib” — 2
ЛЕНТА НОВОСТЕЙ
23 июня 2026
Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı 20:09 Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşdü 19:32 İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirildi 19:35 Rusiya İstanbul razılaşmaları əsasında danışıqlara hazırdır - Putin açıqladı 19:14 Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü 18:30 Pezeşkian ABŞ və İsrail zərbələrindən sonra ilk səfərini reallaşdırdı 18:40 Tehranda 3 günlük tətil: Xameneinin dəfn proqramı açıqlandı 18:45 İran ölkə daxilində hava nəqliyyatını bərpa edir 18:17 PA Vətəndaş Qəbulu Mərkəzinin iyul ayı üçün cədvəli açıqlandı 18:24 Azərbaycan nümayəndə heyəti Özbəkistanda 18:08 Türkiyədə silah-sursat anbarı partladı - Ölənlər var 17:51 Anevrizma barədə əsas məlumatlar: Risklər, simptomlar və müalicə 16:34 Ariete: Avropa tankçılığının klassik nümunəsi 17:48 Zelenski ilə danışmaq üçün heç bir əsas yoxdur - Putin 17:43 İran ABŞ-nin boğazında qaldı — Daha böyük rüsvayçılıq üçün bir düyməsinə basdı 17:34 İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SİYAHI 17:32 Özbəkistanın iki kəndi Qırğızıstanın oldu 17:22 İtaliyanın baş naziri kim olacaq? - Meloni erkən seçkiyə gedir 17:13 Prezident Şuşada uşaqlarla görüş barədə paylaşım edildi - VİDEO 17:13 Cennaro Qattuzo "Latsio"nun baş məşqçisi təyin edildi 16:51 Bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ 16:37 Ukrayna Krımda vacib körpünü belə partlatdı - VİDEO 16:36 Alzheimer xəstəliyinə ümumi baxış: İlkin əlamətlər və müalicə imkanları 16:29 Təhsil eksperti: “Süni intellekt ən çox elə İT mütəxəssislərinin özlərinə təsir edəcək” 16:28 Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO 16:22 Все новости