Baş Prokurorluqda şəhid ailələri, veteranlar və vətən müharibəsində iştirak edən işçilər ilə görüş keçirildi

Baş Prokurorluqda şəhid ailələri, veteranlar və vətən müharibəsində iştirak edən işçilər ilə görüş keçirildi
24.09.2025 17:12 Cəmiyyət

Sentyabrın 24-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 1 - Oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Prokurorluğunun veteranları, Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşları, I və II Qarabağ müharibəsində şəhid olmuş prokurorluq işçilərinin ailələri ilə görüş keçirilib.

TodayPress TV xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının qurucusu və memarı ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Baş prokuror çıxışında qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Vətən müharibəsinin qalibi, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz 30 ildən artıq işğalda qalmış torpaqlarımızı azad etmiş, lokal antiterror tədbirləri ilə isə separatçı qüvvələrin fəaliyyətinə son qoyularaq vətəndaşlarımızın təhlükəsizliyi və dövlətimizin suverenliyi tam təmin olunmuşdur. Bu tarixi nailiyyətlər ölkəmizin son iki əsrlik tarixində qızıl hərflərlə yazılmış hadisələrdir. 

Kamran Əliyev, həmçinin, vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz səyləri nəticəsində Qarabağ və digər azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, şəhid ailələri, qazilər və müharibə veteranlarına göstərilən yüksək diqqət isə bütün cəmiyyətimiz üçün nümunədir.

Baş prokuror çıxışında vurğulayıb ki, şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və vətən müharibəsində iştirak edən prokurorluq işçilərinə göstərilən diqqət və qayğı daim ön plandadır. 

İştirakçılar şəhid ailələrinə və veteranlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minətdarlıqlarını bildirərək dövlət tərəfindən onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən danışıb, həmçinin göstərilən dəstək və qayğıdan məmnunluqlarını ifadə ediblər.

Tədbirə yekun vuran Baş prokuror prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da daim işlər görüləcəyini qeyd edib, prokurorluq orqanlarının onlara, həmçinin prokurorluğun veteranlarına hər zaman dəstək olacağını vurğulayıb.

TodayPress TV

FOTOLAR

Baş Prokurorluqda şəhid ailələri, veteranlar və vətən müharibəsində iştirak edən işçilər ilə görüş keçirildi — 1
Baş Prokurorluqda şəhid ailələri, veteranlar və vətən müharibəsində iştirak edən işçilər ilə görüş keçirildi — 2
Baş Prokurorluqda şəhid ailələri, veteranlar və vətən müharibəsində iştirak edən işçilər ilə görüş keçirildi — 3
Baş Prokurorluqda şəhid ailələri, veteranlar və vətən müharibəsində iştirak edən işçilər ilə görüş keçirildi — 4
Baş Prokurorluqda şəhid ailələri, veteranlar və vətən müharibəsində iştirak edən işçilər ilə görüş keçirildi — 5
Baş Prokurorluqda şəhid ailələri, veteranlar və vətən müharibəsində iştirak edən işçilər ilə görüş keçirildi — 6
Baş Prokurorluqda şəhid ailələri, veteranlar və vətən müharibəsində iştirak edən işçilər ilə görüş keçirildi — 7
Baş Prokurorluqda şəhid ailələri, veteranlar və vətən müharibəsində iştirak edən işçilər ilə görüş keçirildi — 8
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər