Baş Prokurorluq dəm qazı təhlükəsi barədə müraciət etdi

Baş Prokurorluq dəm qazı təhlükəsi barədə müraciət etdi
27.01.2026 17:03

Baş Prokurorluq dəm qazı təhlükəsi barədə əhaliyə müraciət edib.

TodayPress TV xəbər verir ki, müraciətdə bildirilib ki, hər il dəm qazından zəhərlənmə və ölüm hadisələri baş verir. Çox ciddi və gözlənilməz olan bu hallardan qorunmaq üçün hər bir vətəndaşın təhlükəsizlik qaydalarına ciddi əməl etməsi vacibdir:

“Təhlillər göstərir ki, dəm qazından zəhərlənmə hadisələrinin əksəriyyəti məişətdə qaz cihazlarından istifadə zamanı sadə təhlükəsizlik qaydalarına laqeyd münasibətdən qaynaqlanır. Hər bir bədbəxt hadisə bir ailənin faciəsidir və bunun qarşısını almaq üçün qeyd olunan qaydalara ciddi əməl olunmalıdır".

Müraciətdə aşağıdakılara diqqət yetirilməsi vurğulanır:

Cihazların standartı: Heç bir halda qeyri-standart qaz işlədicilərindən istifadə etməyin.

Texniki baxış: Hər hansı nasazlıq aşkarlanarsa, fərdi müdaxilə etməyin, ixtisaslaşdırılmış müəssisəyə və ya peşəkar ustaya müraciət edin.

Su qızdırıcıları (Kombi, Ariston, "Pyatiminutka"): Bu cihazların qaz təminatı sertifikatlı borularla aparılmalı, tüstü çıxışı (ventilyasiya) mütləq standart ölçülərə uyğun quraşdırılmalıdır.

Baca təmizliyi: Şaxta və baca sistemləri mütəmadi olaraq qurum və digər kənar əşyalardan təmizlənməlidir. Axarlılığın pozulması dəm qazının evə dolmasına birbaşa səbəb olur.

Yerləşmə məkanı: Su qızdırıcısının duş qəbul edilən otaqda (hamamda) olması yolverilməzdir! Əgər cihaz hamamdadırsa, hökmən nəfəslik (pəncərə) olmalı və qapının aşağı hissəsində hava dəlikləri açılmalıdır.

Təhlükəsizlik tövsiyəsi: Fərdi su qızdırıcısı olan evlərdə şəxsin tək olarkən duş qəbul etməsi risklidir. Zəhərlənmə baş verərsə, xilas olmaq üçün kənar şəxsin köməyi zəruri ola bilər.

Məqsədli istifadə: Mətbəx qaz plitələrindən mənzili qızdırmaq üçün istifadə etmək qəti qadağandır.

Hava sorucular (Aspirator): Mətbəxdə plitə yandırılan kimi aspirator da işə salınmalıdır. Bu, zəhərli qaz ayrıntılarının məkandan dərhal kənarlaşdırılmasını təmin edir.

Detektor quraşdırın: Mənzillərdə dəm qazı detektorundan istifadə mütləqdir. Bu cihaz həm sızma, həm də dəm qazı yarandığı halda yüksək səslə siqnal verir və qaz axınını dərhal dayandırır.

Bundan başqa, zəhərlənmənin əlamətləri barədə də xəbərdarlıq olunub. Bildirilib ki, aşağıdakı hallardan hər hansı biri müşahidə edilərsə, dərhal məkandan çıxmalı və yardım çağırılmalıdır:

Şiddətli baş ağrısı və başgicəllənmə;

Ümumi zəiflik, ürəkbulanma və qusma;

Sürətli ürək döyüntüsü və nəfəs darlığı;

Sinə ağrısı və huşun itirilməsi.

“Unutmayın, dəm qazı görünməz və təhlükəlidir! Təhlükəsizlik qaydalarına riayət etmək həyatınızı xilas edir”, - müraciətdə deyilir.

O da bildirilib ki, təqdim olunan fotolarda təcrübədə dəm qazı zəhərlənmələrinə ən çox səbəb olan, qeyri-standart və texniki baxımdan ciddi təhlükə mənbəyi olan qaz cihazlarının nümunələri əks olunub: “Mənzilinizdə bu cür cihazlar varsa, töysiyə edirik dərhal mütəxəssis baxışının keçirilməsini təmin edəsiniz”.

TodayPress TV

ФОТО

Baş Prokurorluq dəm qazı təhlükəsi barədə müraciət etdi — 1
Baş Prokurorluq dəm qazı təhlükəsi barədə müraciət etdi — 2
Baş Prokurorluq dəm qazı təhlükəsi barədə müraciət etdi — 3
ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 "США не победили, Иран не проиграл" — пишет Рамиз Юнус... 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Все новости