Baş prokuror Ankarada görüşlər keçirdi

Baş prokuror Ankarada görüşlər keçirdi
22.07.2025 17:01 Cəmiyyət

Azərbaycan və Türkiyə prokurorluqları arasında işgüzar əlaqələrin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün dəvəti ilə Ankara şəhərində səfərdədir.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunda keçirilmiş görüşdə Muhsin Şentürk ölkələrimizin hüquq-mühafizə orqanları arasında mövcud yüksək səviyyəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüş zamanı hüquqi əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş prokurorları Şurası, Beynəlxalq Prokurorlar Assosiasiyası və digər çoxtərəfli platformalar çərçivəsində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb. Həmçinin hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi və yeni imkanların nəzərdən keçirilməsi müzakirə olunub.

Həmin gün nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz ilə də görüşüb. Görüşdə ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə sistemləri arasında əməkdaşlığın uğurla davam etdiyi bildirilib. Tərəflər hakim və prokurorların ixtisasartırma təlimlərinin təşkilinin vacibliyini qeyd edərək gələcəkdə də bu istiqamətdə əlaqələrin inkişaf etdiriləcəyinə əminlik ifadə ediblər.

Nümayəndə heyəti Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ilə görüş keçirib. Görüşdə hüquqi yardım, ekstradisiya, təlim səfərləri və Türk Ədliyyə Təlim Şəbəkəsi çərçivəsində əməkdaşlıq, eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Səfər çərçivəsində, həmçinin, Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca ilə də görüş keçirilib. Görüş zamanı insan hüquq və azadlıqlarının təmin olunması, hüquqi maarifləndirmə sahəsində birgə təşəbbüslər və institusional əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək, qurumlar arasında əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi və birgə layihələrin reallaşdırılması ilə bağlı razılıq ifadə ediblər.

Görüşlərdə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib.

Nümayəndə heyətinin səfəri davam edir.

FOTOLAR

Baş prokuror Ankarada görüşlər keçirdi — 1
Baş prokuror Ankarada görüşlər keçirdi — 2
Baş prokuror Ankarada görüşlər keçirdi — 3
Baş prokuror Ankarada görüşlər keçirdi — 4
Baş prokuror Ankarada görüşlər keçirdi — 5
Baş prokuror Ankarada görüşlər keçirdi — 6
Baş prokuror Ankarada görüşlər keçirdi — 7
Baş prokuror Ankarada görüşlər keçirdi — 8
XƏBƏR LENTİ
30 IYUL 2026
Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Bütün Xəbərlər