Baş Prokuror 3 ölkənin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirdi

Baş Prokuror 3 ölkənin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirdi
20.05.2025 14:22 Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquqi və institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Bu kontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi istiqamətində fəal siyasət həyata keçirir.

TodayPress TV xəbər verir ki, 19–23 may tarixlərində Bakı şəhərində keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclası və İdarəetmə Komitəsinin Onuncu Görüşü çərçivəsində, mayın 20-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bir sıra ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə Çex Respublikasının Təhlükəsizlik Qüvvələri Baş Müfəttişliyinin direktoru Vit Hendrix, Nepal Federativ Demokratik Respublikasının Səlahiyyətlərin Sui-istifadəsinin Araşdırılması üzrə Komissiyasının komissarı Hari Paudel və Liviya Dövlətinin İnzibati Nəzarət Orqanının sədri Abdulla Qadirbohun iştirak ediblər.

Baş prokuror Kamran Əliyev keçirilən görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların mahiyyəti barədə ətraflı məlumat verib, xüsusilə korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarının institusional fəaliyyəti, tətbiq edilən innovativ idarəetmə mexanizmləri və beynəlxalq tərəfdaşlıq təşəbbüsləri barədə danışıb. O, həmçinin GlobE Şəbəkəsinin transmilli korrupsiya ilə mübarizədə mühüm beynəlxalq platforma olduğunu vurğulayaraq, Azərbaycanın bu əməkdaşlıq çərçivəsində daha fəal iştiraka maraqlı olduğunu bildirib.

Qonaqlar, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, xüsusilə hüquqi islahatların ardıcıllığı və prokurorluq orqanlarının fəaliyyətində müşahidə edilən inkişaf dinamikasını müsbət nümunə kimi dəyərləndiriblər.

Görüşlər zamanı qarşılıqlı təcrübə və informasiya mübadiləsinin gücləndirilməsi, hüquq-mühafizə orqanları arasında birbaşa əlaqələrin inkişafı və gələcək əməkdaşlığın dərinləşdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

İkitərəfli danışıqlar, həmçinin regional və beynəlxalq səviyyədə birgə təşəbbüslərin həyata keçirilməsi, o cümlədən qlobal antikorrupsiya səylərində birgə iştirakla bağlı məsələlərin müzakirəsi ilə müşayiət olunub. Nümayəndə heyətləri Azərbaycan Prokurorluğunun şəffaflıq, etik davranış və hesabatlılıq prinsiplərinin təşviqi sahəsində qazandığı nailiyyətlərə xüsusi maraq göstərərək, bu təcrübədən faydalanmaqda maraqlı olduqlarını ifadə ediblər.

FOTOLAR

Baş Prokuror 3 ölkənin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirdi — 1
Baş Prokuror 3 ölkənin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirdi — 2
Baş Prokuror 3 ölkənin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirdi — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Bütün Xəbərlər