Bakının çala-çuxur yolları - Təmir edilən yollar niyə tez sıradan çıxır?

Bakının çala-çuxur yolları - Təmir edilən yollar niyə tez sıradan çıxır?
29.04.2026 15:56

"Təmir və yenidənqurma işlərindən sonra yol təhlükəsizliyini təmin etmək üçün çoxsəviyyəli nəzarət və aydın keyfiyyət standartları tətbiq olunmalıdır".

Bunu TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev deyib.


Onun sözlərinə görə, yol layihələri yalnız formal qəbuldan deyil, mərhələli və ciddi texniki yoxlamalardan keçməlidir:

"Təmir və yenidənqurma işlərindən sonra yol təhlükəsizliyini təmin etmək üçün çoxsəviyyəli nəzarət və aydın keyfiyyət standartları tətbiq olunmalıdır. İşlər layihə üzrə mərhələli texniki qəbuldan keçirilməli, hər mərhələdə müstəqil texniki nəzarətçi tərəfindən yoxlanılmalı və yalnız uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra növbəti mərhələyə icazə verilməlidir".

Ekspert əlavə edib ki, yol örtüyünün keyfiyyəti yalnız vizual yoxlama ilə deyil, laborator və sahə ölçmələri ilə təsdiqlənməlidir:

"Asfalt örtüyünün qalınlığı, sıxlığı və hamarlığı laborator və yerində ölçmələrlə təsdiqlənməli, kənar hissələrdə bərabər səviyyə və drenaj sistemi tam işlək vəziyyətdə olmalıdır".

Mütəxəssis həmçinin podratçı şirkətlərin məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, zəmanət mexanizmi yol keyfiyyətinə birbaşa təsir göstərir:

"Podratçıya minimum 2-5 il zəmanət öhdəliyi qoyulmalı və bu müddətdə yaranan çöküntü, çat və ya çalalar onun hesabına aradan qaldırılmalıdır. Yolun istifadəyə verilməsindən əvvəl təhlükəsizlik auditi aparılması mütləqdir. Yol təhvil verilməzdən əvvəl təhlükəsizlik auditi keçirilməli, xüsusilə piyada zonaları, kənar boşluqlar və açıq sahələr risk baxımından qiymətləndirilməlidir. İş bitdikdən sonra rəqəmsal monitorinq – foto və video hesabatlar, GPS izləmə, ictimai müraciət platformaları vasitəsilə operativ nəzarət qurulmalı və vətəndaş şikayətləri üzrə sürətli reaksiya mexanizmi işləməlidir".

Adil Nəbiyev beynəlxalq standartların yerli normativlərə inteqrasiyasının vacibliyini qeyd edib:

"Standartlar beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq (məsələn, ISO və AASHTO kimi qurumların yol tikinti və təhlükəsizlik normaları) yerli normativ aktlara inteqrasiya olunmalı, pozuntulara görə maliyyə sanksiyaları və podratçı reytinq sistemi tətbiq edilməlidir", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 августа 2026
Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Все новости