Bakıda sakinlərin 34 ildir “qoruduqları” qatil – Onu niyə təslim etmirik?

Bakıda sakinlərin 34 ildir “qoruduqları” qatil – Onu niyə təslim etmirik?
18.06.2026 15:33

Bakının Bakıxanov qəsəbəsinin əhali arasında hələ də “Razin” adlanması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Bildirilir ki, ad dəyişikliyi olsa da, bakılılar 34 ildir bu qəsəbəyə “Razin” deyirlər. Jurnalist Şəhla Cabbarlı da bu məsələyə diqqət çəkib.

Sitat: “Özümüz qədər qatilinə aşiq olan bir xalq görmədim. 1667-ci ildə quldur Stepan “Razin” gəlib Bakını qarət edib, insanları öldürüb, evləri dağıtdırıb, millətə qorxu yaşadıb, qız-gəlinləri qaçırıb quldurlarına peşkəş edib. Siz niyə hələ də onun adını yaşadırsınız? Deyəcəklər, rayondan gələnlər… Siz “Razin” deyirsiniz, rayondan gələn fəhlə də sizə baxıb “Razin” deyir. Yoxsa Razin bilir onlar?”

Maraqlıdır, niyə hələ də əksəriyyət Bakıxanov qəsəbəsinə “Razin” deyir?

TodayPress TV xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev qeyd edib ki, hələ Bakıxanov adına kənd olmayanda bakılılar bu yeri “Kevül-dağ” adlandırırdılar:


“Lakin 1925-ci il mayın 1-də neft mədənləri işçiləri üçün Bakıda S.Razin adına Fəhlə Kəndinin yaradıldığı üçün bura “Razin” adlanıb. Bu gün Bakıxanov adlanmasına baxmayaraq, sakinlər bu adı qəbul edə bilmirlər. Çoxu “Razin” qalmasını istəyir. Amma “Razin” qəddar adam olmaqla yanaşı, buralara quldurluq niyyəti ilə gəlib, insanları öldürüb, çapıb-talayıb”.

Z.Əliyev deyib ki, həmin ərazi 1936-cı ildən 1992-ci ilə kimi, təxminən, 56 il ərzində “Razin” adını daşıyıb:

“Bu qədər uzun müddət ərzində bu ad insanların yaddaşına, ünvan məlumatlarına və gündəlik həyatına hopub. Adətən, bir nəsil boyu istifadə olunan adı dəyişmək üçün çətin olur və köhnə ad gündəlik danışıqda uzun müddət yaşamaqda davam edir. Necə ki İçərişəhər hələ də “BakıSoveti” kimi deyilir. İnsanların yaddaşından bunun silinməsi üçün zaman lazımdır. Bu, rəsmi qərarlara deyil, daha çox şəxsi vərdişlərə bağlıdır. Biz latın qrafikalı əlifbaya keçəndə uzun müddət orta və yaşlı insanlar çətinlik çəkdi. Lakin keçən 20 ildən çox zamandan sonra artıq hər kəs bu əlifbada yazır, oxuyur. Bunu dəyişmək üçün uzunmüddətli təbliğat strategiyası tələb olunur. İnsanların şüurunda “Bakıxanov” adını kök saldırmaq üçün ən təsirli yollar bunlardır: Abbasqulu ağa Bakıxanovun şəxsiyyətini təbliğ edilməli, “Bakıxanovlular” ifadəsi formalaşdırılmalıdır. Məhəllə ilə bağlı gözəl xatirələr, uğurlu insanlar məhz “Bakıxanov” adı ilə bağlanmalıdır”.

Tarixçinin sözlərinə görə, avtobus dayancaqları, küçə nişanları, dövlət binalarının qarşısındakı yazılarla böyük və aydın şəkildə “Bakıxanov” yazılmalıdır:

“Razin” sözü rəsmi məkandan tamamilə silinməlidir. TV, radio aparıcıları qəsəbədən danışarkən davamlı olaraq “Bakıxanov” deməlidir. Yerli blogerlər çəkilişlərini “Bakıxanovda səhər”, “Bakıxanov bazarlığı” kimi başlıqlarla yayımlamalıdırlar. Gənc nəsil tanınmış şəxslərin bu adı işlətdiyini gördükcə onu mənimsəyər. Uşaqlar və gənclər üçün məktəb dərsliklərində, tarix dərslərində bu ad mütəmadi vurğulanmalıdır. 50 ildən sonra “Razin” adını yalnız yaşlı nəslin bir hissəsi xatırlayacaq, gənclər üçün isə “Razin” tamamilə yad söz olacaq”.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
18 июня 2026
Blinken Trampı yıxıb-sürüdü - heçnə edə bilmədin, rejim öz yerindədir... 17:53 Sertifikasiya üzrə test imtahanı davam edir - Neçə nəfər iştirak edib? 17:49 Kərim Vəliyev MDB Komitəsinin iclasında iştirak etdi 17:30 Yulafın faydaları və gündəlik qidalanmada düzgün istifadəsi 16:00 Azərbaycan və Monteneqro Ombudsman təsisatları əməkdaşlıq edəcək 17:25 Ejder Yalçın: Müasir mina və RPG qorunmasının etibarlı nümunəsi 17:20 "Qarabağ" "Zirə" ilə qarşılaşacaq 17:05 Özünüzə nəyi arzu edirsinizsə, başınıza da o gəlir: Ölüm istəyənə ölüm, yaşam istəyənə ömür 16:55 Rusiyanın "qara günü" - Neft yağışının tükürpədən kadrları 16:45 Ermənilər Gümrüdə Sovet abidəsinə nə etdilərsə - Rusiya nota yolladı 16:45 Qulaqda küy niyə yaranır? Tinnitusun mümkün səbəbləri və yardım yolları 15:55 В Баку ищут ответ на этот вопрос: как развивать отношения с Азербайджаном? 16:35 Улица в Баку носит его имя, а в Армении его до сих пор помнят — Как Ширина Мирзоева подорвали на мине? 16:18 17 yaşlı qızın soyumamış bədəni sosial şəbəkədə qaldı: “Əxlaq polisləri” hücuma keçdi 16:02 Zelenski Rusiyanın "atasına od qoyur" - Napoleondan 214 il sonra Moskvanı yandırdılar 15:49 Qaş və kirpik baxımında istifadə olunan 7 təbii gücləndirici üsul 15:50 Как фото Кочаряна из аэропорта попало в СМИ? — ШОКИРУЮЩЕЕ признание Пашиняна 15:42 Bakıda sakinlərin 34 ildir “qoruduqları” qatil – Onu niyə təslim etmirik? 15:38 Что скрывалось за срочной встречей в Дилижане? — Пашинян впервые раскрыл подробности 15:29 За Украиной стоит мощная сила: Эрдоган переиграл Россию сразу на нескольких направлениях 15:13 Prezident: Ermənilərin məscidlərimizdə donuz saxlamaqlarını heç vaxt unutmayacağıq 15:17 Müharibənin acı mənzərəsi gözlər önünə sərildi: 555 nəfər artıq yoxdur... 15:02 Şıxovdan dənizə axıdılır - Əhali narahat olub, yerin altını dinləyir 14:46 Azərbaycanlı sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu 14:47 "Araz-Naxçıvan"da yeni müqavilə 14:33 Все новости