Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq

Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq
24.06.2026 10:18

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlarda aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırılır.

TodayPress TV "Azərbaycan Dəmir Yolları"na QSC (ADY) istinadən xəbər verir ki, bunu qurumun Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları"nda bilet satışı həm onlayn (ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqi üzərindən), həm də dəmiryol kassalarında tam şəffaf şəkildə həyata keçirilir:

"ADY-də 2024-cü ilin noyabr ayından tətbiq edilən dinamik qiymət siyasətinə əsasən, sərnişinlər biletləri 25-30 gün əvvəl aldıqda daha sərfəli qiymətlərdən yararlana bilirlər. Bu həm sərnişinlərin səfərlərini planlaşdırmasını asanlaşdırır, həm də ADY tərəfindən tələbatın vaxtında müəyyənləşdirilməsinə və buna uyğun tədbirlər görülməsinə, məsələn, əlavə reyslərin təyin edilməsi və ya qatara əlavə vaqon qoşulmasına imkan verir.

Bilet satışı hər zaman 30 günlük dövrü əhatə edir. Yəni hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır. Bundan əvvəl kassalarda və onlayn sistemdə satış prosesi saat 00:30-dan sonra aktiv olurdu. Həmin saatdan etibarən yüklənməni nəzərə alaraq, artıq biletlər hər növbəti 30-cu gün üçün fərqli saatlarda sistemdə əks olunur.

Hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır. Ona görə də sərnişinlərimizə səyahət tarixinə uyğun biletləri mütəmadi olaraq yoxlamağı tövsiyə edirik".

A.Fərəcov vurğulayıb ki, sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və müvafiq olaraq satışa yeni biletlər təqdim edilib:

"Hazırda qarşıdakı 30 günlük dövr üçün Azərbaycandan Gürcüstana olan reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana olan reyslər, o cümlədən əlavə satışa çıxarılan bütün biletlər də qısa müddətdə satılıb. Bildiyiniz kimi, mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir ki, bu da Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə kütləvi tələbatın yaranmasına səbəb olur".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
24 июня 2026
Xüsusi karantin rejiminin müddəti uzadıldı 13:00 Qərbi Azərbaycan festivalı iranlıları özündən çıxartdı 12:55 Qalibaf Bakıda hər şeyi danışdı - Biz buna hazırıq... 12:47 Eduard Mendi İraqla matçda oynamayacaq 12:49 Qızıl almaq istəyənlər DİQQƏT! Qiymətlər ucuzlaşmağa davam edir 12:34 Türk dünyası bir araya gəlir: Şuşada ilk böyük... 12:19 Moskvada işlər qarışdı: Lavrov ABŞ-dən küsdü 12:09 “Qan itirən uşağa qan köçürülmədi” – Övladını itirmiş ata həkimlərə irad bildirdi 12:05 Enerji birjasında son qiymətlər - Təbii qaz getdikcə ucuzlaşır 12:01 Rusiya qaranlığa qərq oldu: Bu ərazilər işıqsız qaldı - VİDEO 11:56 Ukrayna Rusiyanın "nəfəs borusu"nu kəsməyə davam edir 11:46 Prezident: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik 11:22 İƏT PA-ya sədrlik İndoneziyadan Azərbaycana keçdi 11:18 Bakıda cərrah qadının üzünü əməliyyat etdi, dərisi cırıq-cırıq olub, soyuldu 11:12 AMB-dən uçot dərəcəsi ilə bağlı mühüm qərar 11:07 İlham Əliyev: Azərbaycan İslam dəyərlərinin qorunmasına böyük önəm verir 11:03 Prezident İslam irsinə qarşı törədilmiş cinayətlərdən danışdı 11:00 Moskva Krım uğrunda ölümünə savaşa girir 10:50 Azərbaycan nefti enişə davam edir - Son qiymət AÇIQLANDI 10:44 Məscidlərimizə donuz doldurdular, "Qurani-Kərim"i yandırdılar - Prezidentdən dünya müsəlmanlarına müraciət 10:34 ADY bilet satışı ilə bağlı iddialara cavab verdi 10:29 Rusiya ifşa edildi — Xəzəri qurudurmuş 10:19 Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq 10:18 Bakıda səfərdə olan Qalibafın təyyarəsindəki o mesaj - FOTO 10:10 İmtahana gedənlərin nəzərinə: Özünüzlə bu iki sənədi mütləq götürün! 10:05 Все новости