Bakı metropoliteni xətlərində daha 15 yeni vaqon istismara buraxıldı

Bakı metropoliteni xətlərində daha 15 yeni vaqon istismara buraxıldı
07.11.2025 10:15

AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni xidmət keyfiyyəti və sərnişin məmnuniyyətini artırmaq məqsədilə müasir qatar parkını genişləndirməkdə davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə Bakı Metropoliteninin Depolar üzrə iş Departamentinin baş mühəndisi Aydın Bəkirov məlumat verib.

Ən yeni texnologiyalar əsasında hazırlanmış sonuncu - dördüncü nəslə mənsub daha 3 qatar - 15 vaqon metropoliten xətlərində istismara buraxılıb.

Bakı Metropoliteninin texniki tələbləri nəzərə alınmaqla hazırlanmış yeni vaqonların müasir mikroiqlim sistemi (kondisioner) ilə təchiz edilməsi, vaqonlararası birbaşa keçidlə sərnişin tutumunun 15 faiz artırılması, qapıların daha enli olması, açılıb-bağlanan zaman işıqlı xəbərdarlıq indikatorları ilə təmin olunması sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən əsas üstünlüklərdir.

Vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər və uşaq arabaları üçün sahələr mövcuddur. Metrodan istifadənin hər kəsə əlçatan olması nəzərə alınaraq baş vaqonlar əlil arabalarının yerləşdirilməsi üçün xüsusi yerlərlə təmin edilib.

Yeni qatarların baş vaqonları 38, orta vaqonlarının hər biri 44 oturacaqlıdır. Baş vaqonda ümumilikdə sərnişin tutumu 315, orta vaqonlarda isə 329 nəfərdir. 

Vaqonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri, həmçinin sərnişinlərin elektron qurğuları doldurması üçün USB yuvacıqlar mövcuddur.

Vaqonlarda daxili və xarici videomüşahidə sistemləri var ki, bu, maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə və ətrafındakı vəziyyəti qiymətləndirməyə imkan verir.

İşıqdiodlu cihazların tətbiqi elektrik enerjisi sərfiyyatını 50 faiz azaltmaqla istismar müddətini 75 faiz artırır.

Yeni qatarlar xəttə bu il istismar müddəti başa çatan əvvəlki nəsil vaqonların əvəzinə verilib.

Qeyd edək ki, hazırda sazlama və komplektləşdirmə işləri aparılan daha 15 vaqon 2025-ci ilin sonunadək xətlərə buraxılacaq. Bununla da Bakı metropolitenində yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq. 

Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək, ümumilkdə 299 yeni nəsil vaqon alınması nəzərdə tutulur.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Все новости