Bakı Limanında “RoboPort” layihəsinin üçüncü sessiyasına start verildi

Bakı Limanında “RoboPort” layihəsinin üçüncü sessiyasına start verildi
17.03.2026 18:21

AZCON Holdinqin şirkətlərindən biri olan ADY-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin təşəbbüsü ilə həyata keçirilən “RoboPort” robotika, kodlama və STEAM təlim proqramının üçüncü sessiyasının açılış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, layihə məktəblilərin texnologiya və mühəndislik sahələrində bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlib.

Yeni sessiya üzrə seçim mərhələsində Ələt qəsəbəsində yerləşən 5 məktəbdən olan şagirdlər iştirak ediblər. Ümumilikdə proqrama 144 şagird müraciət edib, keçirilən seçim sorğularının nəticələrinə əsasən 24 şagird təlimlərdə iştirak etmək hüququ qazanıb.

Seçilmiş iştirakçılar hər qrupda 12 nəfər olmaqla iki qrupa bölünüb və robotika, kodlama və STEAM istiqamətlərini əhatə edən təlimlərə cəlb olunublar. Qeyd edək ki, kurslar Bakı Limanının korporativ sosial məsuliyyət (KSM) layihəsi çərçivəsində təşkil olunur və iştirakçılar üçün tamamilə ödənişsiz həyata keçirilir.

Tədris proqramı 7 moduldan ibarət olmaqla 6 ay davam edəcək və proqramı uğurla başa vuran iştirakçılar sertifikatla təmin olunacaqlar.

TodayPress TV

ФОТО

Bakı Limanında “RoboPort” layihəsinin üçüncü sessiyasına start verildi — 1
Bakı Limanında “RoboPort” layihəsinin üçüncü sessiyasına start verildi — 2
Bakı Limanında “RoboPort” layihəsinin üçüncü sessiyasına start verildi — 3
Bakı Limanında “RoboPort” layihəsinin üçüncü sessiyasına start verildi — 4
Bakı Limanında “RoboPort” layihəsinin üçüncü sessiyasına start verildi — 5
ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Все новости