Bahar Muradova: "Uşaqların zərərli informasiyadan qorunması dövlətin prioritetidir"

Bahar Muradova: "Uşaqların zərərli informasiyadan qorunması dövlətin prioritetidir"
04.11.2025 11:10

"Müasir dövrdə uşaqların zərərli informasiyadan qorunması dünyada olduğu kimi Azərbaycanda da əsas sosial çağırışlardan biridir".

TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

"Bu, həm Prezident İlham Əliyevin, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətində olan məsələdir. Çünki yayılan zərərli məlumatlar təkcə uşaqlara deyil, bütövlükdə ailə institutuna mənfi təsir göstərir".

Onun sözlərinə görə, bu istiqamətdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun 2018-ci ildə qəbul edilib və qısa müddətdə mühüm dəyişikliklərə yol açıb:

"Bu qanun uşaqların televiziyada, internetdə və digər media platformalarında yayılan zərərli informasiyalardan qorunması məqsədilə yeni mexanizmlər müəyyən etdi. Dövlət Komitəsi yanında İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurası yaradılıb və fəaliyyətini uğurla davam etdirir".

Komitə sədri qeyd edib ki, ekspertlərə ixtisas attestasiyasının verilməsi, onların fəaliyyətinin reyestrinin aparılması və media məhsullarının yaş kateqoriyalarına görə təsnifləndirilməsi də bu istiqamətdə həyata keçirilən yeniliklərdəndir.

O əlavə edib ki, Dövlət Komitəsi media, nəşriyyat və təhsil sahəsindəki qurumlarla əməkdaşlıq edərək uşaqların hüquqlarının qorunması üçün maarifləndirmə və nəzarət tədbirlərini davam etdirir:

"Biz yalnız hadisələr baş verəndə reaksiya verməklə kifayətlənməməliyik. Həyatın bütün sahələrində hüquqi baza, maarifləndirmə və nəzarət mexanizmi daim diqqət mərkəzində olmalıdır”, - deyə Bahar Muradova fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli
ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Geyci Topuriyanı məğlub etdi -VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 Все новости