“Azərişıq” Gədəbəyin bir sıra kəndlərində elektrik təsərrüfatını yeniləyir

“Azərişıq” Gədəbəyin bir sıra kəndlərində elektrik təsərrüfatını yeniləyir
31.07.2025 11:16 Cəmiyyət

“Azərişıq” ASC Gədəbəyin köhnəlmiş elektrik təsərrüfatını yeniləyir.

TodayPress TV “Azərişığ”a istinadən xəbər verir ki, rayonun Arıqıran kəndində 0.4 və 10 kV-luq elektrik şəbəkələri yenidən qurulur. İşlər yekunlaşdıqdan sonra kənddə ümumilikdə 9 müasir tipli Komplekt Transformator Məntəqəsi (KTM) abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edəcək.

Arısu, Xarxar və Zəhmət kəndlərinin elektrik şəbəkəsi tamamilə yenilənib. Yeni 0.4 kV-luq dayaqlar basdırılıb, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. Sadalanan 3 kənddə ümumilikdə 17 KTM quraşdırılıb.

Növbəti mərhələdə Çanaqçı, İnəkboğan və Kərimli kəndlərində 0.4 və 10 kV-luq elektrik şəbəkələri yenidən qurulacaq.

Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” Gədəbəylə yanaşı ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir.



XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər