“Azəri, Azərbaycan türkü, yoxsa...” - Özümüzə nə ad verək? - TƏHLİL

“Azəri, Azərbaycan türkü, yoxsa...”  - Özümüzə nə ad verək? - TƏHLİL
19.08.2025 17:41 Cəmiyyət

"Azəri torpağının hamımız övladıyıq, 

Bakı bizim anamız, ona canla bağlıyıq". 

Yəqin ki, bu misralar bir çoxumuza tanışdır. Xalq artisti Eyyub Yaqubovun dillər əzbəri olan “Azəri torpağı” mahnısının bu sətirləri səsləndikdə, insanlar fərqinə varmadan musiqinin ahənginə qapılır, ifaya könüldən qoşulurlar. Mahnının yalnız melodiyası deyil, sözləri də dinləyicidə doğmalıq və qürur hissi oyadır.

Amma maraqlı bir məqam var ki, həmin mahnıda işlənən “azəri” ifadəsi heç kimdə narahatlıq yaratmır, heç bir etiraza səbəb olmur. Lakin gündəlik həyatda azərbaycanlılara “azəri” deyildikdə, bu ifadə çox vaxt qəzəblə qarşılanır, narazılıq doğurur. Hətta bəzi hallarda bu, ciddi mübahisə və fikir ayrılıqlarına da səbəb olur.

Bəs “azəri” anlayışının yaranma səbəbi nədir? Azərbaycan xalqını düzgün şəkildə ifadə etmək üçün hansı termin daha uyğundur?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışov bildirib ki, “azəri” ifadəsi tarixi baxımdan tamamilə başqa bir etnik qrupa aiddir:

"Azərilər fars dilləri ailəsinə aid dialektdə danışan etnik toplumdur və onların Azərbaycan türkləri ilə heç bir bağlılığı yoxdur. Buna görə də bizim “azəri’ adlandırılmağımız yanlışdır. Bu termin məqsədli şəkildə tariximizi təhrif etmək və türklüyümüzü kölgəyə salmaq üçün ortaya atılıb".

Alimin sözlərinə görə, Konstitusiyamızda etnik kimlik kimi Azərbaycan türkləri "azərbaycanlı" adlandırılır. Eyni zamanda, ölkədə yaşayan digər xalqların nümayəndələri — talış, avar, ləzgi, rus və s. — milli kimliklərini özlərinə məxsus etnik adlarla ifadə edirlər.

Vüsal Baxışovun fikrincə, gələcəkdə qanunvericilikdə aparılacaq islahatlar zamanı “azərbaycanlı” termini daha dəqiq ifadə olunaraq “Azərbaycan türkü” kimi qeyd edilməlidir.

“Azəri” anlayışının azərbaycanlılara şamil edilməsi uzun illərdir siyasi və ideoloji məqsədlərlə həyata keçirilir. Azərbaycan xalqını “azəri” adlandırmaqla bizi türk dünyasından uzaqlaşdırmağa çalışıblar. SSRİ, fars və dünya tarixçiləri uzun müddət Azərbaycan türklərini “azəri” kimi təqdim etməyə cəhd göstəriblər. Bu yanaşmanın əsas məqsədi Azərbaycan türklərinin etnik mənsubiyyətini təhrif etmək, onları türk köklərindən ayırmaq və süni şəkildə “azəri” adlı fərqli bir xalqla eyniləşdirmək olub".

Tarixçi qeyd edib ki, Azərbaycan türklərinə qarşı "azəri" ifadəsinin işlədilməsi tarixi saxtakarlıq və siyasi təxribatdan başqa bir şey deyil. 

"Digər vacib məsələ ondan ibarətdir ki, Azərbaycan Turanın bir qoludur. Eləcə də Özbəkistanda yaşayan qardaşlarımız Turanın Özbək eli, Qazaxıstanda yaşayanlar isə Qazax elinin nümayəndələridir. Bu yanaşmanı digər türksoylu xalqlara da şamil etmək mümkündür.

Ümid edirəm ki, gələcəkdə qardaş türk dövlətləri fars mənşəli və coğrafi yer bildirən "-stan" sonluğundan imtina edilməsi məsələsini müzakirəyə çıxaracaqlar. Bu kontekstdə, bir neçə il əvvəl “Qırğızıstan Respublikası”nın adının dəyişdirilərək, “Qırğız Respublikası” olması təqdirəlayiq haldır. Ümid edirik ki, digər türk dövlətləri də ad islahatlarına gedəcəklər", - deyə fəlsəfə doktoru fikrini sonlandırıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Bütün Xəbərlər