Azərbaycandakı dini konfessiyalar Zəfərin 5-ci ildönümü ilə bağlı bəyanat yaydılar

Azərbaycandakı dini konfessiyalar Zəfərin 5-ci ildönümü ilə bağlı bəyanat yaydılar
04.11.2025 13:45

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar Vətən Müharibəsində Zəfərin 5-ci ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar.

TodayPress TV xəbər verir ki, bəyanatda deyilir:

"Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Azərbaycan xalqının yaddaşına, dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunan möhtəşəm gün - Vətən müharibəsində Zəfərin beşinci ildönümü ərəfəsində dünya ictimaiyyətinə müraciət etməkdən şərəf duyuruq. Dünya miqyasında haqqın, ədalətin təntənəsinə inamı təcəssüm etdirən Vətən müharibəsindəki tarixi Zəfərin doğurduğu qürur və əzəmət olduqca böyükdür. Əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə "Qarabağ Azərbaycandır" ideyası ətrafında səfərbər olan Azərbaycan xalqı ən ülvi arzularını gerçəkləşdirdi. Azərbaycan dövləti müdrik siyasi idarəçilik, liderinin qətiyyəti, Ali Baş Komandanın yenilməz sərkərdəliyi, qəhrəman zabit və əsgərlərdən ibarət şanlı Ordusunun rəşadəti sayəsində bu uğura imza ata, beynəlxalq hüququn ona verdiyi haqqı öz qüvvəsi hesabına reallaşdıra bildi. Azərbaycanın Dövlət Bayrağı azad Qarabağda dalğalanır, məscidlərin minarələrindən Azan səsləri ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulmuşdur. Haqq mübarizəsinin qalibiyyət dastanı kimi dünya tarixi səhifələrinə daxil olmuş möhtəşəm Zəfər Günü bayramının sevinc və şərəfini daşımağa Azərbaycan xalqının tam haqqı vardır.

Azərbaycan öz ərazilərinin 30 il davam etmiş işğalına son qoymaqla təkcə ərazi bütövlüyünü bərpa etmədi, xalq-dövlət birliyinin yüksək nümunəsini, daxili monolitlik, milli-mənəvi vəhdət örnəyi nümayiş etdirdi. Vətən müharibəsində Qələbəmizin qüvvətverici amilləri - dövlət-xalq birliyi, dövlət rəhbərinin ətrafında sıx birləşmək, cəmiyyət daxilində milli vəhdət, dinlər və məzhəblər arasında qarşılıqlı anlaşma və Vətənin mənafeləri naminə birlik idi. Azərbaycan xalqı Zəfəri böyük qurbanlar bahasına əldə etmişdir. Qazandığımız Zəfərdə hər bir azərbaycanlının payı vardır. Bu mücadilədə canından keçmiş minlərlə şəhidlərimizə Allah-Təala rəhmət eləsin! Sağlamlığını itirmiş qəhrəman qazilərimizə Uca Allah şəfa bəxş etsin! Vətən müharibəsində bütün xalqımız, bütün etnik qrupların, bütün dinlərin nümayəndələri sarsılmaz birlik nümayiş etdirib zəfərə yetişdilər. Azərbaycandakı bütün dini konfessiyaların nümayəndələri Azərbaycanın haqq işi uğrunda bizimlə çiyin-çiyinə cəbhədə vuruşdular, dünyaya bizimlə birgə haqq səsimizi ucaltdılar. Şəhid övladlarımızı birlikdə Vətən torpağına tapşırdıq. Bu, Azərbaycan reallığı, bizim yaşam tərzimiz, multikultural dəyərlərimizin təntənəsidir.

Qarabağ Zəfəri dünya tarixində epoxal əhəmiyyətli qələbələr silsiləsindəndir. Bu Zəfər beynəlxalq hüququn xalqın iradəsi ilə həyata keçirilməsinin təzahürü, güclü, müdrik liderin qalibiyyət manifesti oldu. Bu manifest bu gün də davam edir –Azərbaycanın səsi Vaşinqton Sülh Sammitindən, Yaxın Şərq Sülh Zirvəsindən gəlir. Azərbaycan Prezidenti qlobal siyasi-diplomatik müstəvidə yeni uğurlara imza atır, dünyanın sülh gündəliyində ön sıralardadır. Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri hər zaman fəxarət duyuruq ki, Azərbaycan Prezidentinin beynəlxalq müstəvidə insan həmrəyliyinə xidmət edən davamlı əməli səyləri, yüksək səviyyəli dövlət-din münasibətləri sayəsində, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünya miqyasında multikultural dəyərlərin təşviqi sahəsində unikal fəaliyyəti ilə Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model olaraq təqdir olunur. Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri bununla fəxr edir, Uca Yaradana xoş gedən sülh və ədalət prinsiplərinin bərqərar olması, müqəddəs dəyər olan insan həyatının xilası naminə bütün fəaliyyətlərə rəvac arzulayır, Azərbaycan Prezidentinin bu yolda bütün səy və əməllərinə xeyir-dualar diləyirik.

Məhz İlham Əliyev cənablarının rəhbərliyi ilə multikultural, bəşəri dəyərlərə sadiq Azərbaycan monoetnik, vandalizm təzahürlərinə haqq qazandıran Ermənistana qalib gəldi. İşğal olunmuş Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələrinin aradan qaldırılması istiqamətində dövlətin həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, Allah evlərinin, məbəd və ibadət məkanlarının bərpası, məhv edilmiş mədəni-mənəvi irs abidələrimizin yenidən inşası bizi hədsiz sevindirir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqları öz yeni, nəfis görkəmi, möhtəşəm infrastruktur layihələri, abad şəhər və kəndləri, beynəlxalq hava limanları ilə hər birimizi qürurlandırır. Biz, Azərbaycan dindarları Uca Yaradanın lütfü, dövlət başçımızın rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Azərbaycan Prezidentinin ölkəmizdə və bölgədə davamlı sülh, əmin-amanlıq və tərəqqini təmin edən müdrik siyasi dəst-xəttini hər zaman dəstəkləyir, Uca Yaradandan xeyir-dualar diləyirik.

Qoy bu Zəfər bayramı, böyük Qələbəmizin 5-ci ildönümü dövlətimizin və xalqımızın regionda və dünyada yeni nailiyyət və uğurlarına vəsilə olsun! Uca Yaradanımız Öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin, Azərbaycanı və bütün Yer kürəsini hifz etsin! Amin!".

Qeyd edək ki, bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadə, Şuranın üzvləri - Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Yepiskopu Aleksiy Smirnov, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Alban-udi xristian dini icmasının sədri Robert Mobili imzalayıblar.

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Али Асадов встретился с президентом Узбекистана 16:37 Устройство, отслеживающее водителей между радарами, могут внедрить в Азербайджане — МНЕНИЕ 16:25 Ильхам Алиев провел телефонный разговор с премьером Нидерландов 16:13 Франция сыграет с Сенегалом, Аргентина встретится с Алжиром 16:07 Пенсии в регионах будут выплачены к этой дате 15:52 Начался крах Российской империи: Армения проявила неуважение 15:51 AZAL выполнил первый регулярный рейс по маршруту Баку – Шымкент 15:39 Впервые за несколько месяцев: Зеленский встретился с Трампом 15:35 Медина покинул «Карабах» 15:30 Увидев турка в Армении, люди реагировали негативно — ВИДЕО 15:18 Оскорбление мусульман от Джими: однажды мы вас расчленим и закопаем! 15:16 Джавид Гусейнов назначен главным тренером «Араз-Нахчывана» 15:10 Кабмин принял решение по промышленным и технологическим паркам 15:02 Все новости