Azərbaycanda ən çox və ən az qazananlar kimlərdir? - SİYAHI

Azərbaycanda ən çox və ən az qazananlar kimlərdir? - SİYAHI
22.07.2026 12:54

Azərbaycanda əmək bazarında maaş fərqləri iqtisadi fəaliyyət sahələrindən asılı olaraq ciddi şəkildə dəyişir.

TodayPress TV "Bakupost"a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə orta aylıq nominal əməkhaqqı 1 175 manat olsa da, bəzi sektorlarda bu göstərici orta maaşı iki, hətta üç dəfə üstələyir.

Ən yüksək əməkhaqqı ödənilən sahələrin siyahısına mədənçıxarma sənayesi başçılıq edir.

Bu sektorda çalışanların orta aylıq əməkhaqqı 4 405,7 manat təşkil edir. Qeyri-dövlət sektorunda isə maaş daha yüksək – 5 289,4 manat, dövlət müəssisələrində isə 2 555,6 manatdır.

İkinci yerdə maliyyə və sığorta fəaliyyəti qərarlaşıb. Bu sahədə orta aylıq əməkhaqqı 3 185,9 manatdır. Dövlət sektorunda çalışanların orta maaşı 4 797,3 manat, özəl sektorda isə 2 824,1 manat təşkil edir.

İlk üçlüyü informasiya və rabitə sektoru tamamlayır. İKT sahəsində orta əməkhaqqı 2 133,6 manatdır. Özəl sektorda bu göstərici 2 268,7 manat, dövlət sektorunda isə 1 916 manat təşkil edir.

Yüksək maaş verilən sahələr sırasında peşə, elmi və texniki fəaliyyət də yer alır. Burada orta aylıq əməkhaqqı 1 949,9 manat, özəl sektorda isə 2 379 manat səviyyəsindədir. Hüquq, mühəndislik, konsaltinq və elmi-tədqiqat istiqamətləri bu kateqoriyaya daxildir.

Beşinci pillədə dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsi qərarlaşıb. Orta əməkhaqqı 1 734,7 manat təşkil edir. Ardınca nəqliyyat və anbar təsərrüfatı gəlir. Bu sahədə orta maaş 1 570,7 manatdır.

Ən yüksək əməkhaqqı olan sahələr belədir:

Sıra İqtisadi fəaliyyət sahəsi Orta aylıq əməkhaqqı (manat)

1 Mədənçıxarma sənayesi - 4 405,7

2 Maliyyə və sığorta fəaliyyəti - 3 185,9

3 İnformasiya və rabitə - 2 133,6

4 Peşə, elmi və texniki fəaliyyət -1 949,9

5 Dövlət idarəetməsi və müdafiə - 1 734,7

6 Nəqliyyat və anbar təsərrüfatı -1 570,7

7 Digər sahələrdə xidmətlərin göstərilməsi - 1 439,6

8 Daşınmaz əmlakla əlaqədar əməliyyatlar - 1 395,7

9 Tikinti - 1 244,9

10 Elektrik enerjisi, qaz və buxar təchizatı - 1 150,4

Qeyd edək ki, ən aşağı orta aylıq əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb – 749,7 manat. Bundan başqa, ticarət, turizm və ictimai iaşə, su təchizatı, inzibati xidmətlər və təhsil sahələrində də orta əməkhaqqı ölkə göstəricisindən aşağıdır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
22 июля 2026
Azərbaycan bu ölkə ilə vizanı qarşılıqlı aradan qaldırdı 15:07 Prezident 3 fərman imzaladı 14:58 Prezident Rauf Arifoğlunu təltif etdi 14:50 Hitlerin evi polis bölməsinə çevrildi - FOTO 14:09 В Баку возникли интригующие вопросы вокруг тайной встречи между Германией и Россией 13:40 VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdi 13:35 Lavrov və Rubionun gözlənilən görüşünün tarixi bəlli oldu 13:24 Израиль считает дни: Вторгнется в Иран по первому же приглашению 13:12 На каких условиях Арзум была выпущена на свободу? 13:01 Sabah neçə dərəcə isti olacaq? 12:58 Azərbaycanda ən çox və ən az qazananlar kimlərdir? - SİYAHI 12:54 Göyçə balığının üstündə Rusiya Ermənistanın "su"yunu çıxartdı 12:50 "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxıldı 12:42 ЧТО глобальные державы ищут в Азербайджане? Аналитик раскрыл шифры 12:35 Правила получения водительских прав изменились 12:24 Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir 12:18 Иран сообщил очень важную новость: мы сбили американские истребители 12:12 В Анкаре потерпел крушение учебный вертолет — Есть раненые 11:49 Azərbaycan neftinin qiyməti yeni rekorda yaxınlaşır? - AÇIQLANDI 11:42 Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi 11:26 Kutaisi turniri üzgüçülərimiz üçün uğurlu oldu 11:18 Потребовали ужесточения наказания для Арзум 11:13 В ЧЕМ ПРИЧИНА небывалого усиления мер кибербезопасности в Азербайджане? — АНАЛИЗ 11:06 Мощные взрывы в Тебризе: Нанесен удар по военным объектам? 11:06 Bir saatda 387.000 üzv CHP-dən istefa verdi 10:56 Все новости