Azərbaycan-Türkiyə münasibətləri müzakirə edildi

Azərbaycan-Türkiyə münasibətləri müzakirə edildi
02.06.2025 13:44 Cəmiyyət

02.06.2025-ci il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Yeni geosiyasi reallıqların Azərbaycan-Türkiyə münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər” mövzusunda dəyirmi masa müzakirələri keçirilib. 

TodayPress TV xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyədən olan tanınmış analitiklər iştirak edərək Cənubi Qafqaz və daha geniş kontekstdə Avrasiya regionunda baş verən son proseslərin iki ölkə arasındakı münasibətlərə təsirini müxtəlif aspektlərdən təhlil ediblər.

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev Azərbaycan-Türkiyə münasibətlərinin konseptual əsasının 90-cı illərdə qoyulduğunu və əlaqələrin 30 il ərzində uğurla inkişaf etdiyini diqqətə çatdırdı. 

"İki ölkə arasında heç bir problem yoxdur. Bununla yanaşı, yüksək səviyyədə olan münasibətlərimizə zərbə yetirmək məqsədilə beynəlxalq mediada, xüsusən sosial şəbəkələrdə müəyyən təxribat məqsədli addımları müşahidə edirik. Bu arzuolunmaz halların qarşısını almaq məqsədilə hər iki ölkə analitikləri birgə effektiv tədbirlər həyata keçirməlidir”.

BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyevin moderatorluğu ilə keçirilən birinci paneldə çıxış edən Burdur Mehmet Akif Ersoy Üniversitetinin müəllimi, xarici siyasət məsələləri üzrə şərhçi, dosent Esma Özdaşlı 2020-ci ildən sonra formalaşan yeni geosiyasi düzənin Türkiyə-Azərbaycan münasibətlərinə yaratdığı fürsət və çağırışları təhlil edib.

O, iki ölkə arasındakı münasibətlərin sırf mənfəətlərə əsaslanan ənənəvi dövlətlərarası münasibətlərdən fərqləndiyini, əməkdaşlığın qardaşlıq və dostluğa əsaslandığını bildirib.

O, xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığın artan önəmini vurğulayıb. Ankara Bilim Üniversitetinin müəllimi Dr. Damla Taşkın ticarət müharibələri, geosiyasi qarışıqlıqlar fonunda Türkiyə-Azərbaycan müttəfiqliyinin optimallaşdırılmasının əhəmiyyətinə toxunub.

O həmçinin, 2021-2025-ci illərdə liderlərarası diplomatiyanın iki ölkə arasında əməkdaşlığın dərinləşməsindəki mühüm roluna diqqət çəkib. Ankara Hacı Bayram Veli Üniversitetinin müəllimi, Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzi-ANKASAM-ın sədri, professor Mehmet Seyfettin Erol Bakı-Ankara xəttinin regional və qlobal stabillik nöqteyi-nəzərindən əhəmiyyətinə toxunub. Qarabağ Zəfərindən sonra Türkiyə-Mərkəzi Asiya münasibətlərində müşahidə olunan canlanmadan və bu əməkdaşlığın həm fürsətlər, həm də potensial risklər yaratmasından danışıb. Ankara Hacı Bayram Vəli Üniversitetinin müəllimi, xarici siyasət məsələləri üzrə şərhçi, dosent, Levent Ersin Orallı isə çıxışında Qərbi Azərbaycan məsələsinə Türkiyədəki münasibətləri və bu məsələnin ictimai-siyasi diskursda necə formalaşdığını təhlil edib.

Onun sözlərinə görə, sözügedən mövzuda Türkiyədə seminarlar təşkil edilməli, elmi ədəbiyyatda bu mövzu işlənməli, Azərbaycan dilindəki ədəbiyyatlar Türkiyə türkçəsinə tərcümə edilməli və mediada müvafiq  qaydada işıqlandırılmalıdır.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Strateji inkişaf məsələləri üzrə prorektoru Araz Aslanlı təqdim olunan çıxışların ortaq nöqtəsi kimi Azərbaycan və Türkiyə arasında qarşılıqlı etimad və strateji sinxronlaşmanın regiondakı bütün proseslərə birbaşa təsir etdiyini vurğulayıb. İkinci paneldə isə regional güc balansları, yeni diplomatik təşəbbüslər və qlobal aktorlarla münasibətlər müzakirə edilib. 

TEPAV-Türkiyə İqtisadi Siyasətləri Araşdırma Vəqfinin Orta Şərq və Orta Asiya İnstitutunun direktoru Hilmi Demir ikitərəfli münasibətlərə xələl yetirmək məqsədi daşıyan qruplaşmalar, bunun arxasında duran səbəblər barədə geniş təqdimatla çıxış edib.

Necmeddin Erbakan Universitetinin müəllimi, siyasi şərhçi Gökhan Çınkara Azərbaycan-İran-Türkiyə münasibətlərini dəyərləndirərək İranın Cənubi Qafqazdakı strateji maraqlarına və Bakı-Ankara xəttinin bu fonda tutduğu mövqeyə diqqət çəkib.

Strateji Düşüncə İnstitutunun (SDE) sədr müavini Alper Tan çıxışında Donald Tramp dövründə Türkiyə-ABŞ münasibətlərindəki dönüş nöqtələrini xatırladaraq Vaşinqton-Ankara münasibətlərinin Azərbaycan-Türkiyə əməkdaşlığına dolayı təsirlərini təhlil edib.

Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti, Ermeni Araşdırmaları jurnalının  məsul redaktoru Tuğçe Tecimer Ermənistan daxili siyasətində Baş nazir Nikol Paşinyan və müxalifət arasındakı rəqabətin mümkün ssenarilərinə dair proqnozlar verərək bu rəqabətin Türkiyə və Azərbaycanla normallaşma prosesinə təsirlərini təhlil edib.

Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Orxan Vəliyev vurğulayıb ki, dəyişən beynəlxalq münasibətlər sistemi fonunda Azərbaycan və Türkiyə öz milli maraqlarını yalnız qarşılıqlı strateji dəstək yolu ilə qoruya bilər və bu istiqamətdə diplomatik koordinasiya, təhlükəsizlik sahəsində əməkdaşlıq və regional təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. Yekunda dəyirmi masa iştirakçıları bildirdilər ki, Azərbaycan-Türkiyə münasibətləri ortaq milli kimlik, tarixi bağlar və mədəni faktorlarla yanaşı, həm də real təhlükəsizlik və iqtisadi maraqlara söykənən bir müttəfiqlik modelidir.

Mövcud geosiyasi dəyişikliklər bu modelin daha da möhkəmləndirilməsini və yeni sahələrə yönəlməsini zəruri edir. 

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 Bütün Xəbərlər