Azərbaycan nümayəndə heyəti Əbu-Dabidə keçirilən sammitdə iştirak edir

Azərbaycan nümayəndə heyəti Əbu-Dabidə keçirilən sammitdə iştirak edir
09.12.2025 10:12

Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən dünyanın media və məzmun sənayesinin ən böyük "Bridge" sammitində iştirak edir.

Bu barədə Medianın İnkişafı Agentliyindən TodayPress TV-yə verilən məlumata görə, sammit çərçivəsində media, rəqəmsal məzmun istehsalı, müəllif hüquqları, süni intellektlə yaradılmış materiallar, generativ alətlər, qarışıq reallıq, məlumatların gələcəyi, marketinq, orijinal striminq məzmunu, çoxplatformalı hekayə yaradıcılığı sahələrini əhatə edən istiqamətlər üzrə tədbirlər, həmçinin sərgilər təşkil olunacaq.

Dekabrın 10-dək davam edəcək sammitdə yaradıcı şəxslər, media və məzmun istehsalçıları, investorlar, universitetlər və tədqiqat mərkəzlərinin təmsilçiləri olmaqla, ümumilikdə 60 mindən çox qonağın iştirakı nəzərdə tutulur.

Bundan başqa, tədbirlərdə 400-dən çox beynəlxalq mütəxəssisin, o cümlədən siyasətçilərin, innovasiya liderlərinin və influenserlərin çıxışı gözlənilir.

Sammitin əsas hədəflərindən biri liderləri, siyasətçiləri və vizion sahiblərini bir araya gətirərək dialoq, təcrübə mübadiləsi və ortaq təşəbbüslərin başlanğıcını təmin etmək, qeyri-maddi yaradıcılıq sektorunun genişlənməsinə, fərdi istedadların dəstəklənməsinə, yeni bizneslərin qurulmasına, davamlılığın təmin olunmasına və strateji sərmayələrin gələcək sahələrə yönəldilməsinə töhfə verməkdir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Все новости