AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır

AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
18.11.2025 10:21

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2025-ci ilin qış uçuş cədvəlini genişləndirərək London, Barselona, Milan, Male və digər şəhərlər də daxil olmaqla 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin sayını artırıb.

Bu barədə TodayPress TV-yə aviaşirkətdən məlumat verilib.

Yenilənmiş qrafikə əsasən, AZAL 2025-ci ilin oktyabr ayının sonundan etibarən Avropa, Yaxın Şərq və Asiyanın əsas marşrutlarında fəaliyyətini daha da gücləndirib.

2024-cü ilin qış mövsümü ilə müqayisədə 2025-ci ilin qış cədvəlində reyslərin tezliyi aşağıdakı kimi artırılıb:

– Milan, Mumbay, Nyu-Dehli, Kişineu və Daşkənd – hər istiqamət üzrə həftədə 7 reys (ötən il bu istiqamətlər üzrə 3–5 reys olub);

– Almatı, Ciddə və Astana – hər biri üzrə həftədə 5 reys (daha əvvəl bu marşrut üzrə 2–4 reys yerinə yetirilirdi);

– Barselona, London (Qetvik hava limanı) və Ər-Riyad – hər istiqamət üzrə həftədə 4 reys (ötən il 3 reysədək həyata keçirilirdi);

– Bişkek, Düşənbə, Male və Pekin – hər istiqamət üzrə həftədə 3 reys (daha əvvəl bu marşrut üzrə 2 reys icra olunurdu);

– Səmərqənd və Ürgənc – hər biri üzrə həftədə 2 reys (ötən il bu istiqamətlər üzrə uçuşlar yerinə yetirilmirdi).

Yeni cədvəl AZAL-ın dəyişən bazar tələblərinə çevik uyğunlaşan strategiyasını və Azərbaycanın Avropa ilə Asiyanın qovşağında mühüm nəqliyyat və turizm mərkəzi kimi mövqeyini gücləndirmək məqsədini əks etdirir. Reyslərin tezliyinin artırılması Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə transfer istiqamətlərin genişlənməsi, eyni zamanda Bakı hava limanını Qərb və Şərq arasında aparıcı nəqliyyat mərkəzi kimi seçən sərnişinlər üçün əlavə imkanlar yaradır.

Daha çevik uçuş cədvəli səyahət rahatlığını artırır: əlaqəli reyslər optimallaşdırılıb, uçuş və eniş vaxtları sərnişin rahatlığına uyğunlaşdırılıb. AZAL həm istirahət, həm də işgüzar səfərlər üçün üstünlük verilən istiqamətləri inkişaf etdirməyə davam edir və müasir təyyarə parkı ilə rəqabətədavamlı xidmətlər təklif edir.

Aviabiletləri aviaşirkətin rəsmi saytı və mobil tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassaları və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
“Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Все новости