AYNA: Bakının Xətai prospektində hərəkət təkmilləşdirilir

AYNA: Bakının Xətai prospektində hərəkət təkmilləşdirilir
18.12.2025 15:19

Bakının Xətai prospektində hərəkətin təkmilləşdirilməsi məqsədilə yeni layihənin icrasına başlanılıb.

TodayPress TV Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu layihə nəqliyyat axınlarının səmərəliliyinin artırılması, yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi və alternativ nəqliyyat növlərinin təşviqini hədəfləyir.

Layihə çərçivəsində yolun həndəsi ölçülərindən optimal şəkildə istifadə olunmaqla hərəkət zolaqlarının sayı dəyişmədən yenidən bölgüsü aparılıb. Eyni zamanda, Mirəli Qaşqay küçəsi ilə kəsişmədən Koroğlu Rəhimov küçəsinə qədər olan hissədə ümumilikdə 1,9 kilometr uzunluğunda mikromobillik zolağı təşkil ediləcək. Mikromobillik vasitələri istifadəçiləri üçün təhlükəsiz və davamlı hərəkət şəraitinin yaradılması məqsədilə səki ilə yolun hərəkət hissəsi arasında parklanma yerləri yaradılacaq.

Nurəddin Süleymanov küçəsi ilə kəsişmədən Dəmirçizadə küçəsinə qədər olan yol sahəsində 316 parklanma yeri təşkil olunur.

Prospektdə piyadaların hərəkət intensivliyi nəzərə alınmaqla eyni səviyyəli piyada keçidlərinin təşkili nəzərdə tutulur. Bununla yanaşı, ictimai nəqliyyatdan istifadənin rahatlığını artırmaq məqsədilə dayanacaq məntəqələrinin yerləşməsi optimallaşdırılacaq.

Layihənin icrası zamanı standartlara uyğun işıq qaytarma qabiliyyətinə malik yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin çəkilməsi təmin ediləcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Все новости