Aydan Hüseynli: “Könüllülük mədəniyyətinin mahiyyəti insanlara və cəmiyyətə fayda verməkdir”

Aydan Hüseynli: “Könüllülük mədəniyyətinin mahiyyəti insanlara və cəmiyyətə fayda verməkdir”
28.10.2025 11:58 Cəmiyyət

"Könüllülük mədəniyyətinin əsas məqsədi könüllülər arasında etik davranış, qarşılıqlı məsuliyyət və müsbət brend imicinin formalaşdırılmasıdır".

TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Ailə könüllüləri” layihəsi çərçivəsində “Xeyirxahlıq ailədən başlayır” adlı təlimdə çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Könüllülər Sektorunun əməkdaşı Aydan Hüseynli bildirib.

Onun sözlərinə görə, könüllülük mədəniyyətinin mahiyyəti insanlara, cəmiyyətə fayda verməkdir:

"Bizim məqsədimiz cəmiyyətə faydalı olmaq, bildiklərimizi paylaşmaq, insanları maarifləndirmək və yardım göstərməkdir. Könüllülüyün dəyərləri əməkdaşlıq, məsuliyyət, empatiya və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Əməkdaşlıq prinsipi o deməkdir ki, biz bir komanda olaraq bir-birimizin fikirlərinə hörmətlə yanaşmalı, qərarları birgə qəbul etməliyik. Hər bir könüllü məsuliyyətli olmalı, ona tapşırılan işi vaxtında və düzgün icra etməlidir. Ən vacib məqamlardan biri də empatiyadır. Yəni qarşıdakı insanı dinləmək, onu anlamaq və hisslərini bölüşməkdir".

Aydan Hüseynli əlavə edib ki, könüllülük fəaliyyəti həm də etik davranış qaydalarına əsaslanmalıdır:

"Könüllü davranış etikasına əməl etməklə cəmiyyətə nümunə olmalıdır. Biz ailələri ziyarət edərək, onların problemlərini dinləyir, eyni zamanda da ümumi mədəni simanın formalaşmasına töhfə veririk. Əxlaqi dəyərlərə və etik prinsiplərə əməl etmək könüllülük mədəniyyətinin əsasını təşkil edir".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər