“Ay camaat, bu yardımlar mərhəmət hissimizi öldürür”

“Ay camaat, bu yardımlar mərhəmət hissimizi öldürür”
26.02.2026 21:00

Ramazan ayında oruc tutmaq qədər savab əməl varsa, o da ehtiyacı olanlara yardım etməkdir.


Bu ayda sosial şəbəkələrdə də yardım istəyən şəxslərin sayı kəskin şəkildə artır.

Sosial şəbəkədə yüzlərlə yardım istəyən şəxsin paylaşımı qarşımıza çıxır və bunların arasında yüzlərlə saxta bank kartı nömrəsi, uydurma xəsətlik hekayələrinə də rast gəlirik.


Əksər insanların “mərhəmət damarı”na basdıqları üçün belə şəxslərə bir çox hallarda yardım edilir.

Lakin sonradan yardım istəmək adı ilə edilən saxtakarlıq üzə çıxdıqda vəziyyət dəyişir.

Belə insanların bizə təkcə maddi zərər vurmur, inam hissimizi də sarsıdır. Artıq növbəti dəfə həqiqi ehtiyac sahibinə yardım etməyə kimdəsə nə inam, nə də həvəs qalır.

Bu saxtakarlıq cəmiyyəti iki yerə bölür: Artıq heç kimə inanmayanlar və hər dəfəsində inanmağı seçib əlini cibinə atıb aldananlar.

Dövrümüz bizə insani dəyərləri özümüzdə saxlamaqla ayıq olmağı öyrədir. Yəni sən həm yardım edəcəksən, həm də yardımı kimə etdiyini biləcəksən. 100\90 əmin olacaqsan ki, bu insanın yardıma ehtiyacı var, ya yox.

Bəzən polemikalarda bu fikir tez-tez səsləndirilir: “Əvvəlki dövrümüzdə insanlar daha saf, daha mərhəmətli olub”. Bu fikri səsləndirənlər unudurlar ki, əvvəlki dövrdə bu qədər dələduz da olmayıb. Ona görə insanlar inanıblar.


Amma bu gün reallıq fərqlidir. Texnologiya inkişaf etdikcə, yaxşılıq etmək imkanlarımız artdığı kimi, pis niyyətli insanların aldatma üsulları da çoxalıb.

Ən təhlükəlisi isə odur ki, hər ifşa olunan saxtakarlıq hadisəsi cəmiyyətin yaddaşında iz buraxır.

İnsanlar artıq kömək çağırışına əvvəlki kimi reaksiya vermir, əvvəlcə şübhə edir, araşdırır, bəzən isə ümumiyyətlə laqeyd qalır. Nəticədə zərbə həqiqətən yardıma ehtiyacı olanlara dəyir. Onlar saxtakarların ucbatından kölgədə qalırlar…

BƏS ÇIXIŞ YOLU NƏDİR?

Çıxış yolu heç bir halda inanmamağı seçmək olmamalıdır. Ən azından sağlam bir cəmiyyət üçün inam hissinin itirilməməsi vacibdir.

Ən yaxşı halda yardım etməzdən əvvəl məlumatları yoxlaya bilərik. Emosional qərar vermək olmaz. Əgər yardım etdiyimiz şəxsə daha öncə də kimsə yardım edibsə, məlumatların düz olub-olmadığını ondan da öyrənə bilərik.

Cəmiyyət qanunlarla idarə oluna bilər, amma ayaqda qalması üçün mərhəmətə ehtiyacı var. Mərhəmət isə hazırda bizdən həm həssas, həm də ayıq olmağı tələb edir.

Və mərhəmətimizi itirmədən, ayıq olmaq bəlkə də bu dövrün bizdən tələb etdiyi ən böyük yetkinlikdir.


Günəş Mərd


ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Bayramın qardaşı analarını öldürdü 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 Все новости