Attestasiya Komissiyası biliklərinin qiymətləndirilməsini aparacaq

Attestasiya Komissiyası biliklərinin qiymətləndirilməsini aparacaq
12.01.2026 15:05

Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslərin növbəti attestasiyası keçiriləcək.

TodayPress TV xəbər verir ki, Attestasiya Komissiyası tərəfindən yoxlayıcıların  peşə (təhsili və təcrübəsi) və nəzəri metrologiya bilikləri, kommunikasiya bacarıqları, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericilik aktları üzrə biliklərinin qiymətləndirilməsi aparılacaq.

“Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları”na əsasən, ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslər, eləcə də bu sahədə akkreditasiya olunan qurumların yoxlayıcı qismində fəaliyyət göstərən əməkdaşları attestasiya olunmaq məqsədilə 21 yanvar 2026-cı il tarixinədək müvafiq ərizə formasını  (“Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları”na 1 nömrəli əlavə) doldurmaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər.

Attestasiyadan uğurla keçmiş yoxlayıcılara Agentlik tərəfindən 5 il müddətinə qüvvədə olan attestat təqdim ediləcək.

Tarix: 27 yanvar 2026-cı il, saat 15:00-17:00 

Məkan: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin inzibati binası

Ünvan: Üzeyir Hacıbəyov küçəsi 84, Hökumət Evi, 7-ci qapı.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Все новости