“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi

“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi
24.06.2025 10:55 Cəmiyyət

21-23 iyun 2025-ci il tarixində  Əddis-Əbəbə şəhərində yerləşən Afrika İttifaqının mənzil qərargahında “İdarəetmə innovasiyası: hər kəs üçün çevik, inklüziv və insanyönümlü xidmətlərin təkmilləşdirilməsi” adlı regional forum baş tutub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı, eləcə də Afrika İttifaqı və Efiopiya Federativ Respublikası Hökumətinin tərəfdaşlığı ilə reallaşdırılan tədbir 10-cu Afrika Dövlət Xidmətləri Günü münasibətilə keçirilən konfrans çərçivəsində təşkil olunub.

TodayPress TV xəbər verir ki, 2024-cü ilin 11 noyabr tarixində Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində təşkil olunmuş Forumda 30-dan çox ölkədən və beynəlxalq təşkilatdan 100-ə yaxın aidiyyəti dövlət qurumunun rəhbər şəxsləri, beynəlxalq təşkilatların rəsmiləri və ekspertlər iştirak ediblər. 

Tədbirin açılışında Dövlət Agentliyinin sədri, BMT-nin İqtisadi və Sosial Məsələlər departamentinin nümayəndəsi, Efiopiyanın Dövlət Xidmətləri Komissiyasının rəhbəri və Afrika İttifaqının İdarəetmə və Münaqişələrin Qarşısının Alınması üzrə direktoru çıxış ediblər. 

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Afrika Dövlət Xidmətləri Günü münasibətilə həmin qitənin ölkələrinin müvafiq sahədə fəaliyyət göstərən nümayəndələrini təbrik edib. Şəffaf, əlçatan, innovativ xidmətlərin təqdim edilməsinin əhəmiyyətinə toxunan Dövlət Agentliyinin sədri bu istiqamətdə qabaqcıl “ASAN xidmət” təcrübəsinin paylaşılmasına ölkəmizin hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Dövlət xidmətlərinin transformasiyası və gələcəyi, çoxşaxəli dövlət xidmətlərinin göstərilməsinə keçid mövzuları üzrə dəyirmi masa, ekspert rəyi və müvafiq sahədə müxtəlif ölkələrin uğurlu təcrübəsinin öyrənilməsinə həsr olunan Forumda Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı geniş təqdimat edib. 

Forum çərçivəsində Esvatini, Qana, Qambiya, Maldivin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirilib. Görüşlər zamanı müvafiq ölkələrdə “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə əlaqədar ilkin razılığa gəlinib. 

Forumun son günündə iştirakçılar “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” dövlət xidmətləri mərkəzini ziyarət ediblər.

FOTOLAR

“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi — 1
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi — 2
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi — 3
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi — 4
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi — 5
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi — 6
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi — 7
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil etdi — 8
XƏBƏR LENTİ
15 IYUN 2026
Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 Bütün Xəbərlər