Alev Ecevit: “ŞKTR-də kiberzorakılıq halları artır”

Alev Ecevit: “ŞKTR-də kiberzorakılıq halları artır”
23.12.2025 15:02

“Şimali Kipr Türk Cümhuriyyətində uşaqların rəqəmsal mühitdə üzləşdiyi risklər, xüsusilə kiberzorakılıq halları ciddi narahatlıq doğurur”.

TodayPress TV xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Əmək və Sosial Təminat Nazirliyi yanında Sosial Xidmətlər İdarəsinin müdiri Alev Ecevit Bakıda keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Alev Ecevit bildirib ki, bu sahə üzrə əhatəli və aktual rəsmi statistika məhdud olsa da, məktəblərdə fəaliyyət göstərən psixoloji məsləhət və bələdçi xidmətlərindən alınan geribildirimlər kiberzorakılıq hallarının artdığını göstərir. Onun sözlərinə görə, uşaqların zorakılıq, cinsi məzmun və nifrət nitqi ehtiva edən uyğunsuz materiallara məruz qalması, onlayn oyun platformaları və sosial şəbəkələr üzərindən həyata keçirilən “grooming” (istismar) halları, şəxsi məlumatların düşünülmədən paylaşılması və rəqəmsal asılılıq uşaqların sağlam inkişafını ciddi şəkildə təhdid edir.

Sosial Xidmətlər İdarəsinin müdiri, həmçinin uzunmüddətli ekran istifadəsinin uşaqların psixososial inkişafına və akademik göstəricilərinə mənfi təsir göstərdiyini də vurğulayıb.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 Все новости