2035-ə kimi yeni Bakı: Şəhər bu imtahandan necə keçəcək?

2035-ə kimi yeni Bakı: Şəhər bu imtahandan necə keçəcək?
06.04.2026 17:02

İlham Əliyev yanvarın 12-də 2026-2035-ci illəri əhatə edən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı” ilə bağlı müşavirə keçirib.


Müşavirədə dövlət başçısı bildirib ki, leysan yağışları şəhər nəqliyyatını iflic vəziyyətə salır. Budur, iclasdan 3 ay keçmədən baş verənlər də bunu bir daha göstərdi. Yağış yağdı və şəhər demək olar ki, iflic oldu.

Ancaq ölkə rəhbərinin uzaqgörənliyi bu problemlərin yaxın vaxtda həll olunacağını göstərir.

Həmçinin şəhərin iqlim dəyişikliklərinə uyğunlaşmasını, əhalinin təhlükəsizliyini və iqtisadi fəaliyyətin dayanıqlığını təmin etmək məqsədini daşıyır. Proqramın uğurla icrası Bakı sakinlərinin gündəlik həyatında ciddi irəliləyişlər yaradacaq.


Prezident qeyd edib ki, hazırda kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faizdir və bu göstəricinin 95 faizə çatdırılması planlaşdırılır. Həmçinin yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması nəzərdə tutulur.

Amma son illərdə baş verənlər göstərir ki, bu sahədə müəyyən problemlər hələ də qalır. 

Prezident çıxışında vurğulayıb ki, içməli su və suvarma layihələri hər zaman diqqət mərkəzində olub və bu istiqamətdə işlər davam etdirilir. O qeyd edib ki, ölkənin əksər şəhərlərində bu layihələr həyata keçirilib, hazırda isə həm bu proses davam edir, həm də azad edilmiş ərazilərdə yeni layihələr icra olunur.

Onun sözlərinə görə, əsas məqsəd əhalini, sənayeni və kənd təsərrüfatını dayanıqlı su ilə təmin etmək, su mənbələrini qorumaq və mövcud resurslardan daha səmərəli istifadə etməkdir.


Dövlət çalışır, layihələr həyata keçirir, vətəndaşlarının yaşayış rifahının yüksəlməsi üçün çalışır. Qalan tək və əsas həll qurumların adıçəkilən işləri düzgün və vaxtında həyata keçirməsidir.

İlham Əliyev vurğulayıb ki, məqsəd əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etmək, su mənbələrini qorumaq, su anbarlarının potensialını artırmaq, uçotu tam yaratmaq və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək.

Qeyd edək ki, hazırda ölkədə 140-dan çox su anbarı var və onların ümumi həcmi təxminən 21,5-24 milyard kubmetr təşkil edir. İllik suvarmada istifadə olunan suyun həcmi isə təxminən 7,2 milyard kubmetrdir və bu, 1,5 milyon hektara yaxın ərazini əhatə edir.


Əlimizdə olan vəsaitlərdən səmərəli istifadə edib, onu təkmilləşdirməyə çalışsaq, gələcəkdəki “iqlim müharibəsi”ndən sağ çıxa bilərik. O cümlədən kənd təsərrüfatının inkişafı üçün görülən meliorasiya tədbirləri də ölkə iqtisadiyyatına töhfə verər, kənd əhalisinin sosial rifahının yüksəlməsinə, məşğulluğun artmasına və regionların davamlı inkişafına şərait yaradar.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 Все новости