“20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq

“20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq
05.06.2026 13:09

Bakıda illərdir sürücülərin ən çox şikayət etdiyi problemlərdən biri nəqliyyat sıxlığıdır. Xüsusilə Binəqədi şosesi, “20 Yanvar” dairəsi və Ziya Bünyadov prospektində günün pik saatlarında yaranan tıxaclar hərəkətin ləngiməsinə və vaxt itkisinə səbəb olur. AYNA-nın təqdim etdiyi yeni layihəyə əsasən, Mehdiabad–Baksol–Ziya Bünyadov prospektində yeni avtomobil yolu salınacaq. Yeni layihənin tıxac probleminə qarşı nə qədər effektiv olacağı cəmiyyətdə sual doğurub. 

Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev TodayPress TV-yə açıqlama verib.


Ekspert bildirir ki, Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu layihəsi Bakının nəqliyyat sistemində uzun illərdir hiss olunan şimal-qərb–şərq əlaqəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda Mehdiabad, Masazır, Novxanı, Binəqədi və digər ətraf yaşayış məntəqələrindən şəhərin şərq və cənub-şərq istiqamətlərinə hərəkət edən nəqliyyat vasitələrinin böyük hissəsi Binəqədi şosesi, “20 Yanvar” dairəsi və Ziya Bünyadov prospekti üzərindən hərəkət etməyə məcbur olur. Bu isə xüsusilə səhər və axşam pik saatlarında həmin istiqamətlərdə ciddi sıxlıqlar yaradır.

Onun fikrinə görə, yeni yolun əsas üstünlüyü ondan ibarətdir ki, nəqliyyat axınları üçün alternativ marşrut formalaşdıracaq və mövcud magistrallara düşən yükün bir hissəsini öz üzərinə götürəcək. Nəticədə Binəqədi şosesi və “20 Yanvar” qovşağından istifadə edən sürücülərin bir qismi yeni marşruta yönələcək ki, bu da ilk mərhələdə nəqliyyat sıxlığının azalmasına səbəb ola bilər. Xüsusilə yük avtomobilləri və şəhər mərkəzinə daxil olmadan digər istiqamətlərə keçmək istəyən sürücülər üçün yeni yol daha əlverişli alternativ olacaq.

Adil Nəbiyev qeyd edir ki, bununla yanaşı, nəqliyyat planlaşdırılması sahəsində qəbul olunmuş bir anlayış var – “induksiya olunmuş tələbat” prinsipi. Dünya təcrübəsi göstərir ki, yeni yollar istifadəyə verildikdən sonra hərəkət rahatlaşdığı üçün insanlar daha çox şəxsi avtomobildən istifadə etməyə başlayırlar. Əvvəllər ictimai nəqliyyata üstünlük verən və ya səfərlərini məhdudlaşdıran bəzi şəxslər də yeni yolun yaratdığı rahatlıqdan istifadə edirlər. Nəticədə müəyyən müddətdən sonra həmin marşrutda da nəqliyyat axını artır və yol yenidən yüklənə bilir.

Ekspertin sözlərinə görə, bu baxımdan yeni yolun uzunmüddətli effektivliyi yalnız onun tikintisi ilə ölçülməməlidir. Layihə ictimai nəqliyyatın inkişafı, tramvay və ya digər relsli nəqliyyat sistemlərinin qurulması, park-et-davam et (Park&Ride) infrastrukturu, ağıllı nəqliyyat sistemləri və parklanma siyasəti ilə paralel şəkildə həyata keçirildiyi halda daha dayanıqlı nəticə verə bilər. Əks halda yeni yol mövcud sıxlığı azaltmaqla yanaşı, gələcəkdə əlavə avtomobil axını cəlb edərək özü də yüklənə bilər.

Həmçinin “Müsbət məqamlardan biri də odur ki, layihədə gələcək ictimai nəqliyyat həlləri üçün infrastruktur ehtiyatlarının nəzərə alınması planlaşdırılır. Bu yanaşma gələcəkdə həmin dəhlizin yalnız avtomobillər üçün deyil, daha çox sərnişin daşıyan nəqliyyat növləri üçün də istifadə edilməsinə imkan yarada bilər.

Ümumilikdə hesab edirəm ki, Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti yolu ilk mərhələdə Binəqədi şosesi, “20 Yanvar” dairəsi və Ziya Bünyadov prospektindəki sıxlığın azalmasına müsbət təsir göstərəcək. Lakin uzunmüddətli perspektivdə tıxac probleminin həlli üçün yol tikintisi ilə yanaşı ictimai nəqliyyatın prioritetləşdirilməsi və nəqliyyatın kompleks idarə olunması tədbirləri də mütləq şəkildə həyata keçirilməlidir”, - deyə, Adil Nəbiyev bildirib.

Xanım Musayeva

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Все новости