1 qəpiyə yumurta olar? - Bazarda nə baş verir?

1 qəpiyə yumurta olar? - Bazarda nə baş verir?
22.06.2026 15:52

Son günlər yumurta bazarında müşahidə olunan dəyişikliklər insanlarda müxtəlif suallar doğurub. Yumurtanın qiymətinin birdən-birə kəskin ucuzlaşması istehsal və ixrac amilləri ilə əlaqələndirilir.

Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, yumurtanın maya dəyərindən aşağı satılması iqtisadi baxımdan mümkün deyil və bu, quşçuluq təsərrüfatlarını ciddi zərərə, hətta iflasa apara bilər.


Onun sözlərinə görə, qiymət enişinin əsas səbəblərindən biri ixracın dayanmasıdır:

“Keçən il və bu ilin əvvəlində biz Amerikaya, Rusiyaya və digər ölkələrə yumurta ixrac edirdik. Hazırda isə bu ixrac dayandırılıb. Nəticədə daxili bazarda bolluq yaranıb və bu da qiymətlərin kəskin enməsinə gətirib çıxarıb”.

Ekspert əlavə edib ki, belə vəziyyət uzun müddət davam edə bilməz, çünki istehsalın maya dəyəri var və bazar qiymətləri bunun üzərində formalaşmalıdır.

“Əgər qiymətlər uzun müddət aşağı qalarsa, quşçuluq fermaları iflas edə bilər. Bu isə gələcəkdə daha ciddi nəticələrə, yumurtanın kəskin şəkildə bahalaşmasına səbəb ola bilər”, — deyə, Natiq Cəfərli bildirib.

O qeyd edib ki, hazırda yaranmış vəziyyətin tənzimlənməsi üçün müxtəlif mexanizmlərin tətbiqi mümkündür və bazarda tarazlığın bərpası vacibdir.

Həmçinin sosial şəbəkələrdə yumurtaların keyfiyyətsiz olduğu ilə bağlı da iddialar yayılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparılır. Yoxlamalar zamanı uyğunsuzluq aşkarlanmayıb. Məhsullar baytarlıq arayışı və ekspertiza aktları ilə təmin olunub.

Xanım Musayeva

ЛЕНТА НОВОСТЕЙ
22 июня 2026
ABŞ-dən İrana "neft" jesti: Bu tarixədək sanksiyalar DONDURULDU 18:17 İsrail Livanı tərk etmir - Netanyahu orduya tam sərbəstlik verdi 18:09 Fəlsəfə doktoru olmaq istəyirsinizsə, bu qaydaya mütləq əməl edin! 18:02 Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır 17:51 Əli Əsədov bu dövlətin nümayəndəsi ilə müzakirələr apardı 17:37 DÇ-2026: Argentina və Fransa milliləri növbəti oyunlarına çıxır 17:29 Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik 17:18 SSRİ o qədər böyük və palçıqlı idi ki, alman ordusu sadəcə işğal etməkdən bezdi – 1941-ci ilin hərbi kampaniyası 17:05 Prezident: Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır 17:08 Bakıda on minlərlə şagirdin valideyninin etdiyi hərəkətin əsas səbəbləri AÇIQLANDI 16:48 Ermənilər və Hind qaraçıları arasındakı bioloji eynilik - Tarixçi onları ifşa etdi 16:39 Ermənilər Bülbüldən o qədər qorxurdular ki, 31 il sonra büstünün başına avtomatla atəş açdılar 16:37 "Traktor"un qapıçısı Amerikada qəhrəman oldu - Dünya ondan danışır 16:25 Şimalda qorxulu təbiət hadisəsi davam edir - Aktiv zonadan ən son yeniliklər 16:18 "Qarabağ" iki futbolçusu ilə yolları ayırdı 16:13 Xəzər elə hala düşdü ki, su əvəzinə mazut, adamlara yapışır 16:09 "Cənubi Qafqaz İrandan qopardılıb" – Tehran Qafqazda torpaq iddiası edir 16:04 1 qəpiyə yumurta olar? - Bazarda nə baş verir? 15:52 Telefonlar yoxlanılacaq - Paşinyanı dəstəkləyənlər ölkədən qovulur 15:39 İran nüvə obyektlərini açdı — Xaricilər yoxlamağa gəlir 15:38 Nəzarətsiz çimərlikdə bədbəxt hadisə: Batan 4 nəfərin ikisi tapıldı - YENİLƏNDİ 15:17 Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi 15:29 İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 11:29 Abituriyentlərin NƏZƏRİNƏ: Bu qrupun keçid balları enəcək 15:14 Yaxın Şərq ölkəsi Azərbaycandan nə istəyir? 15:09 Все новости