Xələf Xələfov və Əraqçinin müzakirə etdiyi məsələlər açıqlandı

Xələf Xələfov və Əraqçinin müzakirə etdiyi məsələlər açıqlandı
21.10.2025 10:35 Siyasət

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun Tehranda İran xarici işlər naziri Abbas Əraqçi ilə görüşünə dair detallar məlum olub.

TodayPress TV İran Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Əraqçi Azərbaycanla İran arasında hərtərəfli əlaqələrin genişlənməsi və bu yolda hər cür maneənin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

İranlı nazir Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə regionda sülh və təhlükəsizliyin möhkəmlənəcəyinə ümidvar olduğunu dilə gətirib.

Məlumatda qeyd edilib ki, Xələf Xələfov görüşü müsbət və konstruktiv olaraq xarakterizə edib.

O, İran Prezidenti Məsud Pezeşkianın Bakıya uğurlu səfərini xatırladaraq, Azərbaycanın İranla müxtəlif sahələrdə əlaqələrinin dərinləşdirilməsinə sadiq olduğunu bəyan edib.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Azərbaycan-İran müştərək iqtisadi komissiyası və siyasi məşvərətlər komitəsinin, eləcə də nəqliyyat sahəsindəki ortaq layihələrin ikitərəfli əlaqələr gündəliyinin mühüm komponentlərindən olduğunu bildirib.

"Xüsusilə də nəqliyyat, elektrik enerjisi, kommunikasiya marşrutları sahələrində bəzi birgə layihələrin davam etdirilməsi və yekunlaşdırılması qeyd edilib", - məlumatda əlavə edilib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər